Niderland-2026: Vitantonio Liuzzi üçüncü stüarddır

Formula 1, FİA WEC, Super Formula, Super GT-nin sabiq pilotu və Formula E stüardı Vitantonio Liuzzi Niderland Qran Prisində üçüncü stüard kimi fəaliyyət göstərmək üçün FIA tərəfindən dəvət alıb.

Onunla birlikdə mübahisəli məqamları almaniyalı mütəxəssis, DTM stüardı Feliks Holter və Formula2, Formula3, eləcə də Formula E yarışlarında stüard kimi çalışan belçikalı Matye Remmeri araşdıracaqlar.

Bu mövsüm stüard qismində Pedro Lami Avstraliya, Çin, Kanada, Avstriya, Böyük Britaniya və Belçikada, Derek Uorik Yaponiya, Monako və Barselonada çalışıblar, Vitantonio Liuzzi isə Mayami və Macarıstana dəvət olunub.

, , , ,