23 Avqust 2019, Cümə - 13:55

Williams komandası cərimə olunub

Williams komandası cərimə olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:16 - 21 Oktyabr, 2017

İdman Reqlamentinə uyğun olaraq, Formula1 komandaları cümə sərbəst yürüşlərinin ilk sessiyasında bir dəst təkərləri 40 dəqiqədən sonra istehsalçıya geri qaytarmalıdırlar.

F-1.az xəbər verir ki, Ostində Williams komandası bu qaydanı pozub – Felipe Massa sessiyanın startından sonra 40 dəqiqə və 3 saniyə ərzində eyni təkərlərdən istifadə edib.

Qayda pozuntusu az olsa da, formal olaraq, Williams komandası İdman Reqlamentinin 24.4 maddəsinin g) və ii) bəndlərini pozub, ona görə də FİA-nın texniki nümayəndəsi Co Bauer bu barədə stüardlara məlumat verib. Stüardlar isə komandaya rəsmi xəbərdarlıq elan etməklə, 10 min avro məbləğində şərti cərimə də təyin ediblər – əgər qarşıdakı 12 ay ərzində komanda eyni qayda pozuntusuna yol verərsə, onda cərimə real qüvvəsinə minəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 665
Teqlər , , , , , , ,
Paylaş

logo