F.Tost: “Verlyayn Mercedes üçün doğru seçim deyil”

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, Paskal Verlyayn Mercedes-də yarışmaq üçün hələ cavandır.

F-1.az xatırladır ki, Rosberq təqaüdə çıxdıqdan sonra Mercedes sürücü axtarışlarına başlamış, amma təcrübəli sürücülərin müqavilələri olduğu üçün problem yaşamışdı. Almanlar Bottasdan da “hə” cavabı ala bilməsələr, bu il Manor komandası ilə Formula1-də debüt etmiş Paskal Verlyaynla yarışmalı olacaqlar.

Amma Red Bull komandası üçün gənc sürücülər yetişdirən Toro Rosso komandasının rəhbəri Tost bildirib ki, Verlyaynın top komandada yarışması hələ tezdir: “Rosberqin qərarı Mercedes-i çətin vəziyyətdə qoydu. Son illərdə hegemonluq etmələrinə baxmayaraq, gözlənilmədən Dünya Çempionunu itirdilər və bu qərarın gec verilməsinə görə digər sürücülər komandaları ilə yeni müqavilə bağladılar. Paskal ehtiyat sürücüsü kimi güclüdür, amma söhbət çempion komandadan gedir. Əlbəttə, Paskal qələbə uğrunda mübarizə apara bilər, amma bunun üçün hələ tezdir. Mən həmişə demişəm ki, bir sürücü yaxşı komandada yarışmaq üçün üçillik təcrübəsi olmalıdır. Əlbəttə, Həmilton-Verlyayn onlar üçün ən asan seçim olar, amma mühəndislər çempionluğu üçün yarışırlar və ortada böyük miqdarda pullar var. Bundan başqa yeni heyətin komandanın çıxışlarına necə təsir edəcəyini demək çətindir. Bütün bunları nəzərə almaq lazımdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*