Mətbuat K.Rəykkönen haqqında

Yeni mövsüm ərəfəsində Kimi Rəykkönenin səhmləri yenə də yüksəlib: məhz onu həm Avstraliya Qran Prisinin, həm də çempionatın qalibi hesab […]

Yeni mövsüm ərəfəsində Kimi Rəykkönenin səhmləri yenə də yüksəlib: məhz onu həm Avstraliya Qran Prisinin, həm də çempionatın qalibi hesab edirlər. Mövsümlərarası fasilədə finlandiyalı sürücü həqiqətən gərgin məşq edib, çəkisini azaldıb, daha diqqətli olub – buna çoxları fikir verib, o cümlədən finlandiyalı jurnalistlər, onlar öz həmvətənlərinə başqa cür münasibət göstərirlər. Finlandiyanın ən böyük Helsingin Sanomat qəzeti Kiminin atası Matti Rəykkönendən müsahibə götürüb…

Matti Rəykkönen: “…Kimi daha diqqətcil olub, suallara cəld reaksiya verir. Müxtəsər, Kimi artıq keçən il göründüyü qədər yuxulu deyil.”

Keçən il Rəykkönen bütün Formula1 dünyası üçün tapmacaya çevrilmişdi. Onun keçmiş Sauber komandasının mühəndisləri təəccüblənirdilər ki, Felipe Massa komanda yoldaşından üstün idi. Şayiələr gəzirdi ki, keçmiş dünya çempionu idmana marağını itirib və istefaya hazırlaşır.

Amma bu qış Kiminin bir baxışı kifayət idi ki, onun motivasiyanı itirməsinə şübhə edəsən. Amma hələ də bir sual cavabsız qalıb: bu dəyişiklikləri necə izah etmək olar? Məsələn, hamı bilir ki, Rəykkönen alkohollu içkilər qəbul etməsini tərgidib…

Matti Rəykkönen: “Məncə, problem çox şişirdilib. Məsələn, mətbuat yazırdı ki, guya komanda onu məcbur edib ki, Kimi alkoholdan imtina etsin.”

Çox güman ki, keçmiş dünya çempionu özü başa düşüb ki, artıq yaşının bu vaxtında səsli-küylü gecə məclislərindən sonra əvvəllər olduğu kimi tez özünə gələ bilmir və bu ona kolleksiyasını daha bir titulla bəzəməyə mane ola bilər. İndi həqiqətən görmək mümkündür ki, Kimi titul qazanmaq üçün hər şey etməyə hazırdır.

Matti Rəykkönen: “Həqiqətən də hamı baş verənləri görürü. Kimi indi fiziki cəhətdən daha möhkəmdir və psoxoloji cəhətdən də həmişəkindən güclüdür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*