M.Uebber: “Şumaheri çətin mövsüm gözləyir”

Red Bull komandasının sürücüsü Mark Uebber Mixael Şumaherin Formula1-ə qayıtması qərarını dəstəkləyib, amma eyni zamanda hesab edir ki, yaxşı fiziki […]

Red Bull komandasının sürücüsü Mark Uebber Mixael Şumaherin Formula1-ə qayıtması qərarını dəstəkləyib, amma eyni zamanda hesab edir ki, yaxşı fiziki forması və uğurlu mövsümöncəsi testlər alman sürücüyə çempionatı tərk edərkən olduğu səviyyəyə qayıtmağa imkan verməyəcək.

Mark Uebber: “Məncə, onu çox çətin mövsüm gözləyir. Hesab edirəm ki, o hər şeyi düzgün edəcək, amma mən heç vaxt belə uzun fasilədən sonra yaddaqalan qayıdış görməmişəm. İnanmıram ki, ikinci karyerası birincidən uğurlu olsun.

İndi gənc nəsil sürücülərin vaxtıdır, çünki ilk növbədə Formula1-in özü dəyişir, cavanlaşır. Maşınları indi idarə etmək çox asandır, bu uşaqlara baxanda düşünürəm ki, “əsil kişidirlər”, onlar istedadlıdırlar, buna şübhə etmirəm, amma bircə istedad azlıq edir.

İndi sükanın hidravlik gücləndiricisi var, eləcədə digər köməkçi sistemlər idarəolunmanı asanlaşdırırlar. Ona görə də gənc sürücülər tezliklə yeni maşınlara öyrəşirlər. Gənc sürücülərdən fərqli olaraq, məsələn, mən bir çox seriyalarda yarışmışam, hətta mexaniki ötürmələr qutusu olan maşınları sürmüşəm. Bu mənim üçün böyük üstünlükdür.

Amma bir çox hallarda gənc sürücülər öz işlərini yaxşı yerinə yetirirlər – amma bunu bacarmayanlar da var. Elə sürücülər var ki, Formula1-ə uzunmüddətli hazırlıqdan sonra gəlirlər, məhz bu sürücülər uğur qazanırlar – Lyuis Həmilton və Sebastyan Fettelə baxmaq kifayətdir…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*