C.Rassel: Sadə adamam

Williams komandasının sürücüsü Corc Rassel bildirib ki, Formula1-ə gəldikdən sonra həyatında heç nə dəyişməyib.

F-1.az xatırladır ki, gənc sürücü keçən il Williams komandası ilə Formula1-də debüt etmiş və sıralanma turlarında komanda yoldaşı Robert Kubitsaya qarşı 21:0-lıq üstünlük qazanmışdı. Rassel bu il Nikolas Latifi ilə komanda yoldaşı olacaq.

Corc Rassel: “Həyatım insanların düşündüyü kimi dəyişməyib. Hələ də eyni adamam. Evfə oturub yarışa baxanda düşünürlər ki, biz super qəhrəmanlarıq və toxunulmazıq. Ancaq hamımız normal adamlarıq. Bütün yarışlara eyni hədəflə gedirəm. Hədəfim ən yaxşı nəticəni qazanmaqdır. Formula1 geniş əhatəlidir və mənimçün yuxudur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*