Dünən axşam Spada Stefano Domenikali jurnalistlərə bildirib ki, komandanın İtaliya Qran Prisindəki heyəti barədə qərar Mayamidə müayinə olunan Felipe Massanın səhhəti haqqında həkimlərin rəyi alındıqdan sonra qəbul olunacaq. Həkimlərin rəyi komandaya imkan verəcək ki, Felipenin mövsümün sonuna qədər sükan arxasına qayıtması şansını qiymətləndirsinlər. Əgər bu şans yüksək olsa, Felipe komandaya qayıdana kimi onu Luka Badoyer əvəz edəcək, əgər həkimlər müalicəni davam etdirməyə üstünlük versələr, onda Monsada sükan arxasına başqa sürücü otura bilər…
Stefano Domenikali: “Növbəti yarışlarda komandanın heyəti yaxın üç gündə təsdiq olunacaq. Biz bazar ertəsi Felipenin müayinəsinin nəticələrini gösləyəcəyik, daha sonra bir daha vəziyyəti təhlil edəcəyik. Bütün məlumatları təhlil etdikdən sonra qərar qəbul edəcəyik.”