N.Hülkenberq C32-də özünü rahat hiss eləmir

Sauber komandasının 2013-cü il mövsümü üçün hazırladığı yeni maşın Xeres testlərində yaxşı təsir bağışlayıb: güman etmək olar ki, yeni maşın […]

Sauber komandasının 2013-cü il mövsümü üçün hazırladığı yeni maşın Xeres testlərində yaxşı təsir bağışlayıb: güman etmək olar ki, yeni maşın keçənilkindən sürətli olacaq. C32-nin xarici görünüşü də maraqlıdır – korpusun səliqəli yığımı, yan pantonların dar olması və arxa hissənin RB9-a bənzəməsi ekspertlər arasında geniş müzakirə olunur.

Niko Hülkenberq və Esteban Qutyerres dörd test günü ərzində 430 dövrə vurublar, bu isə 1900 km-dən çoxdur – yəni altı Qran Pri məsafəsi. Xeresdə Sauber bu göstərici ilə əlçatmaz olub. İlk təəssüratlara görə, maşının sürəti və etibarlılığı yüksək səviyyədidr. Amma bu o demək deyil ki, İsveçrə komandasının heç bir problemi yoxdur.

Almaniyanın Bild qəzetinə Niko çox maraqlı müsahibə verib: “Kokpitdə pedalları basarkən daim ayaqqabımın ucu dar pedal koridorunun tavanına dəyirdi, mənim ayağımın ölçüsü 43-dür. Biz belə bir fənd etdik: ayaqqabının dabanının arxasını kəsirik və bununla da bir az boş sahə əldə edirik.”

Hərçənd, əgər testlərdə Niko yalnız bu problemlə üzləşmişdisə, onda bu il ondan yaxşı nəticələr gözləmək olar, çünki o həqiqətən sürətli və istedadlı sürücüdür…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*