25 Avqust 2019, Bazar - 11:16

R.Dennis və D.Bekhem dava ediblər

R.Dennis və D.Bekhem dava ediblər

Müəllif: Rauf Hacıyev, redaktor

21:31 - 04 Yanvar, 2017

Britaniya mətbuatında yayılan xəbərlərə görə, McLaren komandasından qovulan Ron Dennis ilə sabiq futbolçu Devid Bekhem Maldiv adalarında yeni il şənliyində dava ediblər.

F-1.az Daily Mail nəşrinə istinadən bildirir ki, Ron və Devid yeni il şənliyi üçün Maldivlərdəki lyuks tətil məkanını seçiblər və gecə şousunu daha yaxşı izləmək üçün yer üstündə anlaşılmazlıq yaşayıblar. Xəbərdə bildirilir ki, Ron Dennis 30 nəfərlə birgə şam etdikdən sonra şou məkanına keçiblər və Bekhem ailəsi üçün ayrılan yerləri də tutublar. Buna görə də Bekhemin xanım qonaqlarından biri Dennisdən xahiş edib ki, onun yerini geri qaytarsınlar. Amma Dennis cavabında bu tətilə çox pul xərclədiyini deyib və xanımın xahişinə məhəl qoymayıb. Ronun bu hərəkətindən sonra Devid əsəbiləşib və iki məşhir arasında gərgin anlar yaşanıb.

Xatırladaq ki, Dennis və Bekhem köhnə dostdurlar. Bekhem bir neçə il əvvəl Dennisin sözü ilə xeyriyyə üçün pul köçürmüşdü. Ron səhər tezdən son hadisələrə görə üzr istəyib.

Son hadisə barədə Dennisin dostu bunları deyib: “Səslər yüksəldi, amma problemli bir şey yox idi. Onlar uzun illərdir bir-birini tanıyırlar və sabahəsı gün hər şey unuduldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 839
Teqlər , ,
Paylaş

logo