Force İndia komandasının sürücüləri narazıdır

Force İndia komandasının sürücüləri Serxio Peres və Niko Hülkenberq sərbəst yürüşləri dəyərləndiriblər...

F-1.az xatırladır ki, Force İndia sürücüləri ilk sərbəst yürüşlərdə heç də pis təsir bağışlamayıblar. Niko Hükenberq ilk sərbəst yürüşdə 4-cü, ikinci sərbəst yürüşdə isə 2-ci nəticə göstərib.

Niko Hülkenberq: “Hava küləkli və yağışlı idi. Ona görə də hər iki seans bizim üçün çətin keçdi. Külək güclü əsirdi və bolid çox titrəyirdi.

Belə şəraitdə heç nə öyrənmək olmaz. Səhər yumşaq təkərlərlə bir az işlədik, amma yaş trasda dövrə vurduğumuz üçün istədiyimiz nəticəni ala bilmədik.

Nahardan sonra keçid təkərləri ilə işlədik. Sabah yağış yağa bilər. Ona görə də istədik ki, yağışlı hava barədə məlumat toplayaq.

Çox yavaş gün idi. Görək, sabah nə baş verəcək”.

Serxio Peres isə hər iki sərbəst yürüşlərdə 9-cu nəticə göstərib.

Serxio Peres: “Hava çox dəyişkən idi, ona görə də hamı üçün çətin bir gün oldu.

Seans yaxşı başladı, amma sonra yağış yağdı. Bu məyusedicidir. İşlərimiz plana uyğun getmədi.

Biz bilmirik ki, sabah nə olacaq və ya hava necə olacaq, amma hava quru olsa, hər şeyə sıfırdan başlayacayıq və bizi çətin bir gün gözləyəcək. Yağış yağsa, bu gün gördüyümüz işlər bizə əlavə üstünlük gətirəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*