15 Oktyabr 2019, Çərşənbə axşamı - 13:28

N.Hülkenberq: “Stabillik lazımdır”

N.Hülkenberq: “Stabillik lazımdır”

Müəllif: Rauf Hacıyev, redaktor

12:19 - 18 Sentyabr, 2019

F-1.az xatırladır ki, Fransa komandası İtaliyada 22 xal qazanaraq, McLaren ilə fərqi birdən-birə 21 xal əridiblər. Niko Hülkenberq: “Sinqapur gecə […]

F-1.az xatırladır ki, Fransa komandası İtaliyada 22 xal qazanaraq, McLaren ilə fərqi birdən-birə 21 xal əridiblər.

Niko Hülkenberq: “Sinqapur gecə yarışıdır. Süni işığa öyrəşmək çətindir, ancaq artıq bu, problem deyil. Yarış Avropaya nisbətən daha gec başlayır. Günortadan sonra oyanırıq və gecə yarışa çıxırıq. Gün üzü görmürük. Fiziki cəhətdən ən çətin yarışdır. Sinqapurda sükan arxasında çox işləyirsiniz. Dövrə çox uzundur. İsti və rütubət işi çətinləşdirir.

Komanda İtaliyadan yüksək əhval-ruhiyyə ilə qayıtdı. Keçən yarış hamımız çox işlədik. Əvvəlcə sıralanma turunda yaxşı nəticə qazandıq və yarışda güclü idik. Bunun hesabına Mühəndislər Kubokunda yerimiz yaxşılaşdı. İndi isə dördüncü yeri tutmaq üçün yarışacağıq. Bununçün davamlı xallar almalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 65
Teqlər , , ,
Paylaş

logo