A.Zaydl: Dördüncü olmamamız Rikkardonun günahı deyil

McLaren komandasının rəhbəri Andreas Zaydl geridə qoyduğumuz mövsümdə beşinci olmalarına görə Daniel Rikkardonu günahlandırmır.

F-1.az xatırladır ki, iki komanda arasındakı dördüncülük mübarizəsi son yarışa qədər davam etmiş, yekunda üzü gülən tərəf Alpine komandası olmuşdu.

Andreas Zaydl: “Mən dördüncü yeri itirdiyimizə görə Rikkardonu günahlandırmaq fikrindən çox uzağam. Başa düşürəm ki, hər iki tərəfin səylərinə baxmayaraq, Daniellə işimizin istədiyimiz kimi alınmamasına görə həm mən, həm də komanda məsuliyyət daşıyır. Bu, idmanın bir hissəsidir. Yeni mövsümdə vəziyyəti yaxşılaşdırmağa çalışacağıq. Bu il gerilədik, bununla belə, müsbət şeylər də çox oldu. Məsələn, ilk üçlükdən kənarda podiuma yüksələn yeganə komanda bizik. Lando Norris ümumi sıralamada yeddincidir, ən güclü üç komandada çıxış etməyən pilotlar arasında ən yaxşı nəticə ondadır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*