T.Qlok, M.Şumaher və alman polisi…

Almaniyanın Hessischen Rundfunk radiostansiyasının efirində keçən həftənin cümə axşamı Timo Qlokun başına gələn maraqlı əhvalat səslənib… Sürücü Darmştadt şəhərciyinin polis […]

Almaniyanın Hessischen Rundfunk radiostansiyasının efirində keçən həftənin cümə axşamı Timo Qlokun başına gələn maraqlı əhvalat səslənib…

Sürücü Darmştadt şəhərciyinin polis idarəsinə zəng edərək onun maşınını qartopu atəşinə tutmuş yeniyetmələrdən şikayətlənib. İdarədən xahiş ediblər ki, zəng edən özünü təqdim estin, Timo adını və soyadını söyləyəndə idarədə elə biliblər ki, kimsə onları dolayır. Onda Timodan bir də xahiş ediblər ki, adını dəqiqləşdirsin, o isə təsdiq edib ki, bəli, o məhz Formula1 sürücüsü Timo Qlokdur. Onda polis nəfəri də özünü təqdim edib – Mixael Şumaher, bu dəfə Timo Qlok elə bilib ki, onu dolayırlar.

Vəziyyətin maraqlı olmasına baxmayaraq, polis dəstəsi hadisə yerinə yollanıb və həqiqətən də Qlokla rastlaşıb, ən maraqlısı isə odur ki, həmin polis nəfəri də yalan danışmırmış – onun da həqiqətən adı Mixael Şumaher olub, o yeddiqat dünya çempionun tam adaşı olub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*