B.Britaniya Qran Prisi: Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +26° C Son on ildə yalnız 3 dəfə pouldan start alan sürücü […]

Quru. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +26° C

Son on ildə yalnız 3 dəfə pouldan start alan sürücü yarışda qələbəyə sevinib – Britaniya trasında ötmək mümkündür və sıralanma turu həlledici məna kəsb etmir, amma startda daha yaxşı mövqe qazanmaqla yarışda vəziyyətə və təkərlərin yeyilməsinə nəzarət etmək mümkün olur.

Sərbəst yürüşlərdə komandalar böyük diqqəti yarışa hazırlığa yönəldiblər – iki slik tərkibinin effektliyinin müqayisə olunması və hazırladıqları yeniliklərin effektliyinin qiymətləndirilməsi. Cümə günü nahara qədər komandaların işinə yağış mane olub, amma dünən nahardan sonra və bu gün səhər sürücülər itirdikləri vaxtı kompensə edə biliblər. Sıralanma turundan əvvəl temperatur +19 dərəcəyədək qızıb, asfalt işlənmiş rezinlə örtülüb, düzdür, sürücülərə güclü külək mane olub.

Birinci sessiyada bir çox sürücülər Hard təkərlərlə trasa çıxıblar – sərbəst yürüşlərdən bəlii idi ki, Hard və Medium arasında sürət fərqi bir saniyədir. Ona görə də bəzi komandalar Medium-a qənaət ediblər. Mercedes AMG komandası isə elə birinci sessiyada Medium-a üstünlük verib və inamla protokollara başçılıq edib: Lyuis Həmilton hamını üstələyib – 1:30.995. Bütün sürücülər 107%-lik səddi keçiblər, mübarizəni isə Caterham və Marussia sürücüləri ilə birlikdə Bottas və Qutyerres dayandırıblar.

İkinci sessiyada bəzi sürücülər ilk cəhdinə Harda-la çıxsa da, sonradan hamı Medium-a keçib. Mübarizə çox gərgin alınıb, Sebastyan Fettel protokollara başçılıq edib – 1:30.990, mübarizəni isə Batton, Massa, Vern, Peres, Hülkenberq və Maldonado dayandırıblar.

Son sessiyada Mercedes AMG komandasının sürücüləri elə ilk cəhdlərində rekorda imza atıblar: Həmilton komanda yoldaşını qabaqlayıb – 1:30.096. Amma poulun taleyi son saniyələrdə həll olunub – əvvəlcə Uebber ikinciliyə yüksəlib, sonra Rosberq liderliyi ələ alıb, daha sonra Həmilton uik-end ərzində 90 saniyənin altına düşən yeganə sürücü olub – 1:29.607.

Həmilton üçün bu poul mövsümdə 2-ci, karyerasında isə 28-cidir. Rosberq ikinci olmaqla Mercedes AMG komandası üçün daha bir ilk cərgəni təmin edib. ikinci cərgə isə bütünlüklə Red Bull-dadır: Fettel Uebberi qabaqlayıb. Üçüncü cərgə çox gözlənilməz alınıb – di Resta və Rikkardo, hər iki sürücü öz rekordlarını təkrarlayıblar.

İlk onluğu isə titula namizədlər – Rəykkönen və Alonso tamamlayıblar, amma hər iki sürücü yarışda qələbə uğrunda mübarizəyə əsas namizəddirlər. Sabah bizi çox maarqlı yarış gözləyəcək…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 L.Həmilton Mercedes AMG Mercedes 01 1:30.995 06 1:31.224 1:29.607
02 N.Rosberq Mercedes AMG Mercedes 02 1:31.355 03 1:31.028 1:30.059 + 0.452
03 S.Fettel Red Bull Renault 05 1:31.559 01 1:30.990 1:30.211 + 0.604
04 M.Uebber Red Bull Renault 06 1:31.605 02 1:31.002 1:30.220 + 0.613
05 P.di Resta Force İndia Mercedes 10 1:32.062 07 1:31.291 1:30.736 + 1.129
06 D.Rikkardo Toro Rosso Ferrari 11 1:32.097 05 1:31.182 1:30.757 + 1.150
07 A.Sutil Force İndia Mercedes 09 1:32.002 04 1:31.097 1:30.908 + 1.301
08 R.Qrojan Lotus Renault 04 1:31.466 09 1:31.530 1:30.955 + 1.348
09 K.Rəykkönen Lotus Renault 03 1:31.400 10 1:31.592 1:30.962 + 1.355
10 F.Alonso Ferrari Ferrari 15 1:32.266 08 1:31.387 1:30.979 + 1.372
11 C.Batton McLaren Mercedes 08 1:31.979 11 1:31.649
12 F.Massa Ferrari Ferrari 14 1:32.241 12 1:31.779
13 J.E.Vern Toro Rosso Ferrari 12 1:32.105 13 1:31.785
14 S.Peres McLaren Mercedes 07 1:31.953 14 1:32.082
15 N.Hülkenberq Sauber Ferrari 13 1:32.168 15 1:32.211
16 P.Maldonado Williams Renault 16 1:32.512 16 1:32.359
17 V.Bottas Williams Renault 17 1:32.664
18 E.Qutyerres Sauber Ferrari 18 1:32.666
19 Ş.Pik Caterham Renault 19 1:33.866
20 J.Byanki Marussia Cosworth 20 1:34.108
21 Q.van der Qarde Caterham Renault 21 1:35.481
22 M.Çilton Marussia Cosworth 22 1:35.858
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

B.Britaniya Qran Prisi: Sıralanma turu

Yağış. Buludlu. Havanın temperaturu +17° C, trasın temperaturu +20° C Komandalar sıralanma turuna tam hazırlaşa bilməyiblər, Silverstouna bir çox yeniliklərin […]

Yağış. Buludlu. Havanın temperaturu +17° C, trasın temperaturu +20° C

Komandalar sıralanma turuna tam hazırlaşa bilməyiblər, Silverstouna bir çox yeniliklərin gətirilməsinə baxmayaraq, dünən yağış üzündən onların effektliyini qiymətləndirə bilməyiblər. Bu gün səhər isə quru trasda sazlanmaların axtarışı və təkərlərlə iş üzərində çalışıblar.

Sessiyanın startına yarım saat qalmış yağış dayanıb və sürücülər pit-leyndə növbəyə düzülüblər, çünki meteo radarlar birinci sessiyanın sonuna yeni yağış vəd ediblər. Sürücülər bokslarını keçid təkərlərlə tərk ediblər. Birinci sessiya sarı bayraqlar altında başa çatıb – Club döngəsinin çıxışında Timo Qlok yerində fırlanıb. Protokollara isə Sebastyan Fettel başçılıq edib – 1:46.279, mübarizəni isə “yeni” komandaların sürücüləri ilə birlikdə gözlənilmədən Censon Batton dayandırıb.

İkinci sessiyanın əvvəlində güclü yağış başlayıb, sürücülər yağış təkərlərinə keçiblər. Bir çox sürücülər yerində fırlanıblar, trasdan çıxıblar, sessiyanın sonuna 6 dəqiqə qalmış qırmızı bayraqlar göstərilib. Bu an protokollara Serxio Peres başçılıq edib. Pauza uzunmüddətli olub, amma meteo radarların söylədiyi an yağış dayanıb və trası restarta hazırlayıbıar. Saat yarımlıq fasilədən sonra sürücülər yenə də pit-leynə düzülüblər. Trasın vəziyyəti hər dövrə yaxşılaşıb və protokollara Lyuis Həmilton başçılıq edib – 1:54.897. Sessiya yenə də sarı bayraqlar altında başa çatıb – Roman Qrojan çınqıllığa düşüb və maşını tərk edib, amma onun göstərdiyi nəticə üçüncü sessiyaya keçməyə imkan verib. Mübarizəni isə di Resta, Kobayaşi, Rosberq, Rikkardo, Senna, Vern və Peres dayandırıblar.

Son sessiyada trasın vəziyyəti yaxşılaşıb və sürücülər keçid təkərlərlə poul uğrunda mübarizəyə atılıblar. Hər şey son dövrədə həll olunub – Fernando Alonso mövsümdə ilk və karyerasında 31-ci poulunu qazanıb. Onunla birlikdə birinci cərgədən Mark Uebber start alacaq. Arxadan isə onlara Şumaher və Fettel hücum edəcəklər.

Dörd sürücü startda yer itirməli olacaq – hələ Valensiyada Jan Erik Vern (10 yer) və Kamui Kobayaşi (5 yer) cərimə olunmuşdular, bu gün səhər isə maşınlarında ötürmələr qutusu dəyişdirildiyi üçün Niko Hülkenberq və Şarl Pik 5 yer itirməklə cərimələniblər.

Sabah hava proqnozu yarış zamanı da yüksək ehtimalla yağış yağmasını vəd edir, bizi maraqlı yarış gözləyir!

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 F.Alonso Ferrari Ferrari 05 1:46.515 09 1:56.921 1:51.746
02 M.Uebber Red Bull Renault 11 1:47.276 04 1:55.898 1:51.793 + 0.050
03 M.Şumaher Mercedes AMG Mercedes 06 1:46.571 03 1:55.799 1:52.020 + 0.274
04 S.Fettel Red Bull Renault 01 1:46.279 10 1:56.931 1:52.199 + 0.453
05 F.Massa Ferrari Ferrari 13 1:47.401 06 1:56.388 1:53.065 + 1.319
06 K.Rəykkönen Lotus Renault 12 1:47.309 07 1:56.469 1:53.290 + 1.544
07 P.Maldonado Williams Renault 03 1:46.449 08 1:56.802 1:53.539 + 1.793
08 L.Həmilton McLaren Mercedes 14 1:47.433 01 1:54.897 1:53.543 + 1.797
09 N.Hülkenberq Force İndia Mercedes 02 1:46.334 02 1:55.556 1:54.382 + 2.636
10 R.Qrojan Lotus Renault 08 1:47.043 05 1:56.388
11 P.di Resta Force İndia Mercedes 15 1:47.582 11 1:57.009
12 K.Kobayaşi Sauber Ferrari 07 1:46.649 12 1:57.071
13 N.Rosberq Mercedes AMG Mercedes 17 1:47.724 13 1:57.108
14 D.Rikkardo Toro Rosso Ferrari 10 1:47.266 14 1:57.132
15 B.Senna Williams Renault 09 1:47.105 15 1:57.426
16 J.E.Vern Toro Rosso Ferrari 16 1:47.705 16 1:57.719
17 S.Peres Sauber Ferrari 04 1:46.494 17 1:57.895
18 C.Batton McLaren Mercedes 18 1:48.044
19 V.Petrov Caterham Renault 19 1:49.027
20 H.Kovalaynen Caterham Renault 20 1:49.477
21 T.Qlok Marussia Cosworth 21 1:51.618
22 P.de la Rosa HRT Cosworth 22 1:52.742
23 N.Kartikeyan HRT Cosworth 23 1:53.040
24 Ş.Pik Marussia Cosworth 24 1:54.143

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

B.Britaniya Qran Prisi: Sıralanma turu

Quru, kiçik yağış. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +23° C Silverstounda sıralanma turu yalnız startda mövqeləri müəyyənləşdirmirdi, həm […]

Quru, kiçik yağış. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +23° C

Silverstounda sıralanma turu yalnız startda mövqeləri müəyyənləşdirmirdi, həm də reqlamentə edilən dəyişikliklərin qüvvələr nisbətinə necə təsir etməsinə cavab verməli idi.

Son həftə ərzində diffuzorun işinə təsir edən işlənmiş qazlar axınının səviyyəsinə müxtəlif dərəcədə məhdudiyyətlər tətbiq olunub, komandalar uik-endin hər bir günü FİA-da yeni təlimat alıblar, hətta sıralanma turundan bir az əvvəl FİA təcili iclas çağırıb.

Sessiyadan əvvəl qüvvələr nisbətini heç kim dəqiq söyləyə bilməyib. Sıralanma turu quru asfaltda başlayıb, amma birinci sessiyanın sonuna 5 dəqiqə qalmış qısa güclü yağış yağıb. Həmin an protokollara Mark Uebber başçılıq edirdi, mübarizəni isə Toro Rosso, Marussia Virgin və Hispania komandalarının sürücüləri ilə birlikdə Yarno Trulli dayandırıblar, onun komanda yoldaşı Heykki Kovalaynen isə mövsümdə ikinci dəfə növbəti sessiyaya keçib. Bütün sürücülər 107%-lik səddi keçə biliblər.

Tezliklə yağış dayanıb və sürücülər ikinci sessiyaya keçid təkərləri ilə başlayıblar, amma asfalt tez quruduğu üçün sürücülər də sliklərə keçiblər. Bu dəfə protokollara Felipe Massa başçılıq edib, mübarizəni isə Lotus Renault GP və Williams sürücüləri ilə birlikdə Adrian Sutil, Mixael Şumaher və Kovalaynen dayandırıblar.

Sonuncu sessiyanın əvvəlində Red Bull sürücüləri və Fernando Alonso əla sürət nümayiş etdiriblər, finişdə onları cəmi 0.2 saniyə ayırıb. Sürücülərin ikinci cəhdləri zamanı isə yağış başlayıb və ilk üçlük dəyişməz qalıb. Beləliklə, Mark Uebber mövsümdə ikinci, karyerasında isə səkkizinci poulunu qazanıb. Sebastyan Fettel bu dəfə ikinci olub – sabah ilk cərgədən Red Bull sürücüləri, ikinci cərgədən isə Ferrari sürücüləri start alacaqlar. Hələlik yeni qaydalar ənənəni poza bilməyiblər.

Pol di Resta və Pastor Maldonado karyeralarında ən yüksək nəticəni göstəriblər. Start isə maraqlı olacaq…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 M.Uebber Red Bull Renault 01 1:32.670 02 1:31.673 1:30.399
02 S.Fettel Red Bull Renault 04 1:32.977 06 1:32.379 1:30.431 + 0.032
03 F.Alonso Ferrari Ferrari 05 1:32.988 03 1:31.727 1:30.516 + 0.117
04 F.Massa Ferrari Ferrari 03 1:32.760 01 1:31.640 1:31.124 + 0.725
05 C.Batton McLaren Mercedes 11 1:34.230 04 1:32.273 1:31.898 + 1.499
06 P.di Resta Force İndia Mercedes 15 1:34.472 09 1:32.569 1:31.929 + 1.530
07 P.Maldonado Williams Cosworth 02 1:32.702 10 1:32.588 1:31.933 + 1.534
08 K.Kobayaşi Sauber Ferrari 12 1:34.324 07 1:32.399 1:32.128 + 1.729
09 N.Rosberq Mercedes GP Mercedes 10 1:34.186 05 1:32.295 1:32.209 + 1.810
10 L.Həmilton McLaren Mercedes 07 1:33.581 08 1:32.505 1:32.376 + 1.977
11 A.Sutil Force İndia Mercedes 14 1:34.454 11 1:32.617
12 S.Peres Sauber Ferrari 08 1:34.145 12 1:32.624
13 M.Şumaher Mercedes GP Mercedes 09 1:34.160 13 1:32.656
14 V.Petrov Lotus Renault GP Renault 13 1:34.766 14 1:32.734
15 R.Barrikello Williams Cosworth 06 1:33.532 15 1:33.119
16 N.Haydfeld Lotus Renault GP Renault 17 1:35.132 16 1:33.805
17 H.Kovalaynen Team Lotus Renault 16 1:34.923 17 1:34.821
18 X.Algersuari Toro Rosso Ferrari 18 1:35.245
19 S.Buemi Toro Rosso Ferrari 19 1:35.749
20 T.Qlok Marussia Virgin Cosworth 20 1:36.203
21 Y.Trulli Team Lotus Renault 21 1:36.456
22 J.D’Ambrozio Marussia Virgin Cosworth 22 1:37.154
23 V.Liutsi Hispania Cosworth 23 1:37.484
24 D.Rikkardo Hispania Cosworth 24 1:38.059

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*