R.Braun: “Yeni yanaşma özünü doğrultdu”

Çin Qran Prisinin xoş sürprizlərindən biri də Mercedes GP komandasının yaxşı forması olub. Komandanın gənc sürücüsü Niko Rosberq 14 dövrə […]

Çin Qran Prisinin xoş sürprizlərindən biri də Mercedes GP komandasının yaxşı forması olub. Komandanın gənc sürücüsü Niko Rosberq 14 dövrə yarışa başçılıq edib və yalnız yanacağın artıq israfı üzündən podiuma qalxa bilməyib. Mixael Şumaher də özünü pis göstərməyib – 14-cü yerdən start alan yeddiqat dünya çempionu yarışı 8-ci yerdə başa vurub.

Mercedes GP komandasının başçısı Ross Braunun fikrincə, uğurun əsasını yarış ərəfəsində komandanın qəbul etdiyi qərar qoyub – komanda uik-endə başqa cür yanaşıb. Əgər Çinə qədər komanda W02-nin potensialını aça bilmirdisə, indi yaxşı istiqamətdə irəliləmə görünüb…

Ross Braun: “Melburnda maşınla bağlı problemlərimiz çox idi, ona görə də trasda yaxşı işləyə bilmədik. Malayziyada soyutma sistemi ilə problemlərimiz yarandı, bu problemi həll etdiyimiz üçün maşının sazlanmasına vaxtımız qalmadı. Amma Çində hava elə də isti deyildi, soyutma sistemi önəmli deyildi və biz maşın üzərində tam işləyə bildik.

Bundan başqa, bu dəfə biz yanaşmanı da dəyişdik. Malayziyadan sonra mən bazaya qayıtmağa tələsmədim, mühəndislərlə bir yerdə qaldım və bir neçə gün vəziyyət üzərində düşündüm. Nəticədə biz yeni yanaşma mexanizmi qurduq, yekunda isə maşının sürəti artdı. Əvvəlki iki yarışda biz təkərlərin xarakteristikasını əsas götürürdük, amma yeni mövsümdə sazlanmalar axtarışında bu yanaşma düzgün deyil.

Uik-endin gedişində maşında heç problem görmədik, sadəcə sıralanma turunda Mixaelin maşınında arxa antiqanadın açılmış elementi vaxtında bağlanmamışdı.

Artıq İstanbulda biz bir çox elementləri yeniləyəcəyik, amma McLaren və Red Bull-a çatmaq bizə çətin olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*