L.Həmilton: Neçənci olmağım vacib deyil

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bu ili neçənci yerdə bitirməsi vecinə deyil.

F-1.az xatırladır ki, britaniyalı sürücü artıq 20 aydır ki, Formula1-də yarış qazanmır. Yeddiqat Dünya Çempionu son qələbəsini 2021-ci ilin Səudiyyə Ərəbistanı yarışında əldə edib.

38 yaşlı sürücü hazırda turnir cədvəlində 4-cüdür və üçüncü yerdəki Alonsoya sadəcə 1 xal uduzur. Təcrübəli sürücü bu il 4 dəfə podiuma yüksəlib.

Lyuis Həmilton: “Bu vecimə deyil. Bu il çempionatda neçənci olacağımla bağlı narahatlığım yoxdur. Mənim üçün vacib olan komandanı daha da gücləndirmək üçün geribildirimlər verməkdir. 2024-cü ildə ilk testdən etibarən rəqabətədavamlı olmalıyıq.

Xəyalım tullanan maşına yox, asfaltayatma qüvvəsi olan və rəqiblərlə mübarizə apara bilən maşına sahib olmaqdır. 2022-ci ilin necə çətin keçdiyini sözlərlə ifadə etmək mümkünsüzdür. Komanda il ərzində fərqi bağlamaq üçün çox işlədi. İlin sonunda Braziliyada əla performans göstərdik. Daha sonra mövsümün əvvəlində yenə də geriyə düşdük. İndi yenidən müsbət yöndə gedən işlər var. İnkişaf edirik və görək nə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*