L.Həmilton: Ferrari sürətli idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Ferrari onlar üçün çox sürətli olub.

F-1.az xatırladır ki, Mercedes Silverstouna yeniliklərlə gəlmişdi. Bu yeniliklərdən sonra Həmilton ev trasında güclü görünürdü.

Yarışda bir ara qələbə üçün ən ciddi namizəd olan yeddiqat Dünya Çempionu təhlükəsizlik maşınından sonra Lekler və Pereslə mübarizə aparıb və yekunda 3-cü yeri tutub.

Lyuis Həmilton: “Azarkeşlərə təşəkkür edirəm. başqa ölkələrdə belə azarkeşlər görmürük.

Ferrari-lərə çatmağa çalışsam da, bizim üçün çox sürətli idilər. Karlosu təbrik edirəm. Yarışın sonlarında Çeko ilə mübarizə aparsam da, onlar düzlüklərədə daha sürətli idilər. Yenə də buraya yeniliklər gətirən komandama təşəkkür edirəm. Yeniliklər bizə kömək etdi.

Pit-stopda bir az vaxt itirdik. Daha sonra rəqiblərimi qovmağa başladım. Bütün təkərlərdə tempimiz yaxşı idi. Yenə də podium bizim üçün bonusdur. Yarışın əvvəlində baş verən qəzalarda heç kimin yaralanmamasına sevindim. Hamınıza pozitiv enerji yollayıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*