Silverstoundakı mövsümiçi testləri tamaşaçılar izləyə biləcək

Testlərə biletlərin artıq gələn həftədən satışa çıxarılması gözlənilir.

F-1.az bildirir ki, Silverstounda keçiriləcək 2 günlük mövsümiçi testləri tamaşaçılar tribunadan izləyə biləcək. Bura keçiriləcək testlər mövsümiçi son testlər olduğundan, komandaların mövsümün 2-ci hissəsinə hazırlığı baxımından böyük əhəmiyyət daşıyır.

Biz əvvəl də məlumat vermişdik ki, 2016-cı ildə 2 mövsümiçi test olacaq. İlk testlər İspaniya Qran Prisindən sonra – mayın 17-18-də Barselonada, 2-ci testlər isə Böyük Britaniya Qran Prisindən sonra – iyulun 12-13-də Silverstounda keçiriləcək. Komandalar ümumilikdə 4 gün davam edəcək testlərin iki günündə mütləq gənc pilotlardan istifadə etməlidirlər.

Xatırladaq ki, son 2 ildə mövsümiçi testlər Barselona və Şpilberqdə keçirilirdi.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*