Ş.Lekler: Yeniliklər yaxşıdır, amma…

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Avstriyada yeniliklər yaxşı işləyib, amma bu hələ də bəs etmir.

F-1.az xatırladır ki, monakolu sürücü ikinci başladığı yarışda elə ikinci yerdə də finiş görüb. Lekler yarışın bir hissəsində lider getsə də, Maks Ferstappen tras üzərində təmiz bir hücumla onu geridə qoya bilib.

Şarl Lekler: Məncə, cümə günü və bu gün maksimumu ala bildik. Şənbə günü tempimdən uzaq qaldım, amma indi podiuma qayıtmaq gözəldir. Gətirdiyimiz son yeniliklər bu şəraitdə özümü yaxşı hiss etdirdi və bu gələcək üçün yaxşı görünür. Komanda bu yenilikləri daha tez gətirərək, əla iş gördü. Bu, əladır. Ancaq hələ görüləsi işlər var, çünki Maks və Çeko mox sürətli idilər.

Önümüzdə maşın olanda çox çətinlik çəkirik. Buna görə də bu templə Maksı geridə qoymağın çətin olduğunu bilsəm də, liderliyi almağa çalışdım. Sınadım, amma bəs eləmədi. Lakin ən azından podiuma yüksəlmək gözəl oldu. Xüsusən də çətin keçən yarışlardan sonra bunu etmək çox əladır”.

Lekler növbəti Britaniya yarışı üçün səbirsizlənir: “Avstriya ilə bir yerdə Silverstoun ən çox sevdiyim iki stasionar trasdırlar. Silverstounda həmişə yaxşı nəticələr qazanmışıq. Ümid edirəm ki, yeni maşınımızın yeniliklərindən faydalanıb, Red Bull-larla mübarizə apara bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*