15 Noyabr 2019, Cümə - 17:36

ABŞ Qran Prisi Volkswagen-i Formula1-ə cəlb edəcək?

ABŞ Qran Prisi Volkswagen-i Formula1-ə cəlb edəcək?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:06 - 31 Yanvar, 2012

Ekspertlərin fikrincə, dünya çempionatının təqvimində Amerikanın Ostin və Nyu Cersi yarışlarının peyda olması çempionata sonuncu böyük avtoistehsalçını – Volkswagen-i cəlb […]

Ekspertlərin fikrincə, dünya çempionatının təqvimində Amerikanın Ostin və Nyu Cersi yarışlarının peyda olması çempionata sonuncu böyük avtoistehsalçını – Volkswagen-i cəlb edə bilər. Son illərdə almaniyalılar bir neçə dəfə Formula1-ə maraqlarını inkar etsələr də, dünya rallisinddə zavod proqramına start veriblər.

Amma Amerika bazarı VW üçün böyük əhəmiyyət kəsb edir – ona görə ABŞ yarışlarında şirkətin təmsilolunma proqramı ilin sonunadək hazırlanmalıdır. Hələlik VW şirkətinin hansı seriyaya (Formula1, İndyCar və ya NASCAR) üstünlük verməsi məlum deyil. Amma şirkətin idman proqramının başçısı Volfqanq Drühaymer Business Week həftəliyinə bildirib ki, “proqram tezliklə direktorlar şurasına təqdim olunacaq…

Volfqanq Drühaymer: “Mən öz konsepsiyamı bir aydan sonra direktorlar şurasına təqdim edəcəm, proqram yalnız hazırda təmsil olunduğumuz seriyaları əhatə etmir.

Amerikada, Asiyada və Yaxın Şərqdə satış planını əsas götürsək, deyə bilərəm ki, bu regionlarda yarışlarda biz kifayət qədər iştirak etmirik. Mənə elə gəlir ki, bu vəziyyəti düzəltmək olar. Bu istiqamətdə Malayziyada, Çində, Koreyada, Yaponiyada, Hindistanda, BƏƏ-də, Bəhreyndə, Kanadada və Braziliyada mərhələləri olan Formula1 çempionatı cəlbedici variantdır.”

Business Week bildirdiyinə görə, söhbət 2014-cü ildə çempionatda V6 motorları ilə debütdən gedə bilər, yəni motor təchizatçısı kimi çempionata gəldikdən sonra şirkət hər hansı bir cari komandanı almaqla zavod komandası ilə çıxış edə bilər. Mümkün variant kimi Toro Rosso komandasının alınması göstərilir.

Amma şirkət nümayəndəsinin sözlərinə görə, son qərarın qəbul olunmasına hələ çox var…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 412
Teqlər
Paylaş

logo