Tras

Tarixi traslar çempionatı tədricən tərk edir, onların yerini isə yeni avtodromlar tutur. İki il əvvəl çempionatda Valensiya və Sinqapur debüt […]

Tarixi traslar çempionatı tədricən tərk edir, onların yerini isə yeni avtodromlar tutur. İki il əvvəl çempionatda Valensiya və Sinqapur debüt etmişdi, keçən ilin mövsümü isə yeni Abu Dabi trasındakı yarışla başa çatmışdı.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında avtodromun tikintisi fikri 2006-cı ilin yanvarında rəsmiləşdirilib, o zaman German Tilke sadəcə 3 km uzunluğu olan bir trasın hazırlanması sifarişini alıb – trasda yerli və regional səviyyəli yarışların keçirilməsi nəzərdə tutulmuşdu. Hər ay layihə genişlənib – artıq yayda qərara alınıb ki, layihə Formula1 miqyasına qədər böyüdülməlidir. Xərclərin də artması süni Yas adasındakı bu avtodromu dünyanın ən bahalı idman layihəsinə çevirib.

dab2

Tarix: 12-14 noyabr 2010-cu il
Tras: Yas Marina
Dövrənin uzunluğu: 5554 m
Dövrələrin sayı: 55
Ümumi məsafə: 305.470 km

Artıq 2007-ci ildə trasın maketinin təqdimetmə mərasimi təşkil olunub, Ekklstounla müqavilə imzalanıb və debütünə iki il qalmış yeni Qran Pri yerli Etihad Airways aviaşirkəti kimi titul sponsoru qazanıb. Sinqapurdakı ilk gecə yarışının uğurlu keçməsindən sonra avtodromun layihəsi süni işıqlandırma sisteminin qurulması üçün dəyişdirilib, amma təşkilatçılar sadəcə gecə yarışını deyil, təbii işıq altında start alıb süni işıqlar altında başa çatacaq yarış təşkil etdilər.

dab3
Trasın bir hissəsi sahil ərazidən keçir, Abu Dabidə qabarma hündürlüyü yarım metrdən hündür olmadığı üçün praktiki olaraq dalğalar olmur, ona görə də bu sahədə imkanlı azarkeşlər üçün yarışın gedişini lövbər salmış yahtlardan izləmək şəraiti yaradılıb.

Layihənin əsasında elə əvvəldən ikili xarakter nəzərdə tutulmuşdu – trasın birinci yarısı sürətli stasionar avtodromu xatırladır, ikinci yarısı isə daha çox şəhər traslarına xas olan yavaş və orta sürətli döngələrdən ibarətdir.

Komandalara optimal sazlanmalar tapmaq asan olmayacaq, dövrənin əvvəlindəki sürətli sahələr ötməyə imkan verir, amma düz yolun sonunda zəruri olan asfalta yatma qüvvəsinin aşağı səviyyəsi maşının yavaş döngələrdə stabilliyini azaldacaq.

dab4
Daha bir maraqlı xüsusiyyət pit-leyndən çıxışdır – çıxış tuneldə, trasın altındadır və sürət məhuddiyyətini bildirən xətdən sonra başlayır.

Formula1 tarixində ilk dəfədir ki, mövsümün son yarışında titula dörd namizəd starta çıxacaq – mübarizənin gərgin və maraqlı olması gözlənilir. Yeni dünya çempionunun adı bazar günü məlum olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Braziliyanın cənub-şərqində San Pauluda yerləşən İnterlaqos avtodromunu adətən yarışdan əvvəl tərifləyib, yarışdan sonra tənqid edirlər. Trasda ötmələr mümkündür, burda bir […]

Braziliyanın cənub-şərqində San Pauluda yerləşən İnterlaqos avtodromunu adətən yarışdan əvvəl tərifləyib, yarışdan sonra tənqid edirlər. Trasda ötmələr mümkündür, burda bir çox maraqlı düz uzun yollar var, amma yarışdan sonra sürücülər asfaltın kələ-kötür olmasından və hərəkətin saat əqrəbinin əks istiqamətində olmasından gileylənirlər.

İnterlaqos şəxsi vəsaitlər hesabına tikilib və 1940-cı ildən yarışlar üçün açılıb, amma artıq on ildən sonra bələdiyyənin hakimiyyətinə qatılıb – şəhərin yüzillik yubileyini qeyd edən komitə çox simvolik qiymətə trası əvvəlki sahiblərindən alib. O zaman trası modernləşdirmək cəhdləri edilsə də, real işlər görülmürdü. Yalnız 1972-ci ildə İnterlaqos Formula1 yarışını qəbul etdi, 1990-cı ildən isə bu mərhələ daim təqvimdə yerini aldı.

bra-2

Tarix: 5-7 noyabr 2010-cu il
Tras: İnterlaqos
Dövrənin uzunluğu: 4309 m
Dövrələrin sayı: 71
Ümumi məsafə: 305.909 km

Tras motora qarşı çox tələbkardır və ənənəvi olan yavaş ikinci sektorda asfalta ilişmə ilə birinci və üçüncü sektorlarda sürət arasında kompromis axtarmağa məcbur edir. Adətən burada motorlar başqa traslarda olduğu kimi effektiv deyillər – İnterlaqos dəniz səviyyəsindən 750 metr yüksəkdədir, ona görə də mühəndislər bir neçə məchullu tənliklər həll etməli olurlar. Hava da bu yerlərdə ilin bu vaxtında gözlənilməz sürprizlər edə bilər.

bra-2
Keçən il olduğu kimi bu il mövsüm Braziliyada başa çatmır, amma starta titula beş namizəd çıxacaq, yarışın son illərdə olduğu kimi maraqlı keçməsinə şübhə yoxdur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Cənubi Koreya Qran Prisinin keçirilməsi üzrə danışıqlar hələ keçən əsrin sonlarında başlamışdı, amma birinci dəfə təşkilatçılar qoyulan şərtlərə əməl etmədikləri […]

Cənubi Koreya Qran Prisinin keçirilməsi üzrə danışıqlar hələ keçən əsrin sonlarında başlamışdı, amma birinci dəfə təşkilatçılar qoyulan şərtlərə əməl etmədikləri üçün Berni Ekklstouna böyük məbləğdə kompensasiya ödəməli olmuşdular.

İkinci dəfə tərəflər 2003-cü ildə görüşüblər, niyyət protokolu imzalanıb, üç il sonra Berni 2010-2016-cı illərdə yarışın keçirilməsinə razılıq verib. Təşkilatçılıq rolunu bu dəfə Korea Auto Valley Operation (KAVO) şirkəti yerinə yetirib. Dörd il ərzində German Tilkenin hazırladığı layihə üzrə tras tikilib – layihənin ilkin dəyəri 250 milyon dollar olub.

kor2

Tarix: 22-24 oktyabr 2010-cu il
Tras: Yonam
Dövrənin uzunluğu: 5621 m
Dövrələrin sayı: 55
Ümumi məsafə: 309.155 km

Avtodrom Cənubi Koreyanın cənub-qərbindəki Çolla Namdo əyalətinin Yonam qəsəbəsində yerləşir, Seuldan 370 km uzaqlıqda. Tilke çox güclü layihəni reallaşdırıb -nəticədə ilkin büdcə tezliklə xərclənib, ümumdünya iqtisadi böhranı sərmayədarların maraqlarına təsir edib və yarışın keçirilməsindən iki ay əvvəl hökumət vəzitə nəzarəti öz əlinə götürməli olub.

Müqaviləyə əsasən işlər hələ yayda başa çatmalı idi, təşkilatçılar uzun müddət mətbuatı əmin edirdilər ki, hər şey vaxtında hazır olacaq, amma FİA-nın təftişinə az vaxt qaldıqca aydın olub ki, Koreya trasına güzəşt ediləcək. Nəticədə tras uik-enddən cəmi bir həftə əvvəl təftişi keçib – layihənin yalnız bir hissəsi hazırdır, yahtalarla dolu liman, parklar və restoranlar hələ gələn il hazır olacaq.

kor3
Saat əqrəbinin hərəkətinin əksinə qurulmuş trasın konfiqurasiyası dövrənin əvvəlində üç düz yoldan və qalan hissədə kifayət qədər mürəkkəb döngələrdən ibarətdir. Ən uzun düz yolun uzunluğu 1.2 km-dir – təqvimdə ən uzun düz yoldur, ilkin hesablamalara görə sürücülər bu yolda 320-325 km/saat sürət yığa biləcəklər.

Trasda sürətli və yavaş döngələr var, 11-ci döngə ikili apekslədir. Maşının sazlanması asfalta yatma qüvvəsi ilə sürət arasında kompromis tələb edir, yeni döşənmiş asfalt isə mühəndislərin işini çətinləşdirir – trasın xarakteristikası uik-endin gedişində dəyişəcək. Bridgestone şirkəti Koreyaya ən stabil bərk cütlüyü – Hard və Soft təkərlərini gətirəcək.

Naməlum tras mövsümün sonunu daha maraqlı edəcək – titula beş namizəd bərabər şəraitdədir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Keçən il Formula1 ikillik fasilədən sonra Suzukaya qayıtdı. Əfsanəvi yapon avtodromu Fudzinin rekonstruksiyasından sonra çempionatı tərk etmişdi, amma sonra iki […]

Keçən il Formula1 ikillik fasilədən sonra Suzukaya qayıtdı. Əfsanəvi yapon avtodromu Fudzinin rekonstruksiyasından sonra çempionatı tərk etmişdi, amma sonra iki trasın sahibləri milli mərhələni növbələşdirmək barədə razılaşmışdılar, keçən ilin yayında isə Fudzi maliyyə problemləri üzündən Formula1-dən imtina etməli olub. Ona görə də 2009-2011-ci illərdə Yaponiya Qran Prisi Suzukada keçiriləcək.

Avtodrom Miye əyalətinin eyniadlı şəhərində yerləşir, nadir trasdır, səkkiz rəqəmini xatırladan konfiqurasiyasını Con Huqenhols Honda yol maşınlarının testləri üçün fikirləşmişdi, tras 1961-ci ildən fəaliyyət göstərir.

jap2

Tarix: 8-10 oktyabr 2010-cu il
Tras: Suzuka
Dövrənin uzunluğu: 5807 m
Dövrələrin sayı: 53
Ümumi məsafə: 307.471 km

Avropalı azarkeşlər yaponlara paxıllıq edə bilərlər, axı məlumat kitabçalarında və ensiklopediyalarda yazılan tarixi hadisələrin çoxu məhz Suzukada baş verib…

Son illərdə avtodrom ciddi rekonstruksiya olunub – trasın yarısında yeni asfalt döşənib, təhlükəsizlik zonaları genişləndirilib, amma tarixi trasın konfiqurasiyası saxlanılıb.

Suzukada maşınların sazlanması zamanı yavaş şikanalarda idarəolunma ilə sürətli döngələrdə sürət arasında kompromis tapmaq vacibdir. Uik-endin gedişinə hava müdaxilə edə bilər. Bridgestone komandalara Hard və Soft tərkiblərini təklif edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Sinqapur Respublikası Cənub-Şərqi Asiyada şəhər-dövlətdir və ekvatordan 137 km şimalda yerləşir. Sinqapur əhalisinin sıxlığına görə dünyada ikinci yeri tutur və […]

Sinqapur Respublikası Cənub-Şərqi Asiyada şəhər-dövlətdir və ekvatordan 137 km şimalda yerləşir. Sinqapur əhalisinin sıxlığına görə dünyada ikinci yeri tutur və adambaşına gəlirə görə dünya liderlərindən biridir. Milli dil malay dilidir, amma ingilis, çin və tamil dilləri də rəsmi sayılır. Gəlirin əsas mənbəyi tranzit dəniz limanı və yüksək texnologiyaların istehsalıdır.

Faktiki olaraq bir ilə tikilmiş tras şəhərin küçələrini əhatə edir, yalnız 1.2 km-lik düz yol yeni tikilib və bokslar, paddok və start düzlüyü bu hissəyə salınıb. Şəhər traslarından bu ən sürətlisidir – dörvrədə 3 dəfə maşınlar 300 km/saat sürət yığırlar, amma buna baxmayaraq, Monakodan sonra çempionatın ən yavaş trasıdır.

sin2

Tarix: 24-26 sentyabr 2010-cu il
Tras: Sinqapur
Dövrənin uzunluğu: 5067 m
Dövrələrin sayı: 61
Ümumi məsafə: 308.950 km

Asfaltın tərkibi məxsusi olaraq yeni avtodrom üçün hazırlanıb, hazırlanmasında isə Shell şirkəti bilavasitə iştirak edib – mühəndislər hesab edirlər ki, yeni asfalt adi asfalta nisbətən ilişməni 20% artırır. Trasın böyük bir hissəsi şəhərdə olduğu üçün asfalt bir gecəyə döşənilmişdi – yolda hərəkət bağlanılıb və fəhlələr bir gecəyə 15 ton asfalt döşəyiblər. Builki yarış ərəfəsində bəzi sahələrdə asfalt yenidən döşənib – keçən il kələ-kötürlük aydın hiss olunurdu.

Tras müvəqqəti hasarla mühasirəyə alınıb, yarışdan sonra hasar söküləcək. Tras boyu süni işıqlandırma sistemi quraşdırılıb. Formula1 tarixində ilk gecə yarışının devizi – “Gecə də gündüz kimi işıqlıdır”. Sistemin quraşdırılmasına elan olunmuş tenderi italiyalı Valerio Mayolinin şirkəti qazanıb, şirkət idman tədbirlərinin işıqlandırılmasında qırxillik təcrübəyə malikdir, sonuncu futbol üzrə dünya çempionatının işıqlandırılması da bu şirkətin işi olub, amma Sinqapurda unikal məsələləri də həll etmək lazım idi. Trasın eni 10-15 metrdir, işıq selini elə yönəltmək lazımdır ki, işıqlandırma bərabər bölünsün, sürücülər və televiziya üçün kifayət qədər olsun, dönmələrdə və yağışda ciddi əksolmalar olmasın. 240 dirək, 1500 projektor, hər birinin də gücü 2000 Vatt – işıqlandırma sisteminin ümumi məsrəfi 3 milyon Vattdır.

sin3
Trasda hərəkət saat əqrəbinin hərəkətinin əks istiqamətindədir, 23 döngə (13 sol, 10 sağ), formal olaraq ötmələr 1, 7 və 14-cü döngələrdə mümkündür, dövrənin hesablanma vaxtı 1 dəqiqə 50 saniyədir, ən yavaş döngədə sürət 75 km/saat, ən sürətli döngədə sürər 275 km/saatdır. Tras asfalta yatma qüvvəsinin yüksək səviyyəsini tələb edir və əyləcləri çox yükləyir.

Görək bu dəfə necə olacaq, sinoptiklər isə hər il olduğu kimi yağışlar vəd edirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Monza Autodrome trasının tikintisinə 1922-ci ilin yanvarında başlanıb. Milan Avtomobil Klubu öz 25 illik yubileyini məxsusi avtodromu ilə qeyd etməyi […]

Monza Autodrome trasının tikintisinə 1922-ci ilin yanvarında başlanıb. Milan Avtomobil Klubu öz 25 illik yubileyini məxsusi avtodromu ilə qeyd etməyi qərara alımışdı. Bir neçə layihə nəzərdən keçirildikdən sonra mühəndislərin, sərmayədarların və tikinti şirkətlərinin xoşuna gəlmiş Monsa parkı seçildi. Dərhal tikintiyə dəstək olan S.İ.A.S (Societa İncremento Automobilismo’e Sport) şirkəti təsis edildi. Trasın arxitektoru isə Alfredo Roselli oldu.

İlkin layihəyə görə tras 14 km-lik yoldan ibarət idi, layihənin dəyəri isə 6 milyon lirə idi. Bir aydan sonra Milan Avtomobil Klubunun rəhbərləri “simvolik” ilk kərpici qoymaqla işlər qızışdı. Artıq 110 gündən sonra isə tras tam hazır idi və tamaşaçılar 4.5 km-lik sürətli düz yol, 1 km-lik iki düz yolla birləşdirilmiş qoşa sürətli dövrə və dəyişən radiuslu dövrədən ibarət avtodromu gördülər.

Trasın rəsmi açılışı 1922-ci il sentyabrın 3-də baş tutub, hadisənin vacibliyini baş nazirin iştirakı qeyd edib. Faktiki olaraq bu tras məxsusi olaraq yarışlar üçün nəzərdə tutulmuş üçüncü avtodrom idi….

ita2

Tarix: 10-12 sentyabr 2010-cu il
Tras: Autodromo Nazionale di Monza
Dövrənin uzunluğu: 5793 m
Dövrələrin sayı: 53
Ümumi məsafə: 306.720 km

Trasda 1928-ci ildə milli avtoidman tarixində ən ağır qəza baş verib – sürücü Emilio Materassi tribunaya girmiş, özü və 27 tamaşaçı həlak olmuşdu. Bundan sonra yarışlar trasın kiçik bir hissəsində keçirilirdi…

Müharibə dövründə Monza Autodrome təyinatı üzrə istifadə olunmurdu – əvvəl bura arxiv köçürülüb, sonra Milan zooparkının heyvanları gətirilib. Trasın asfalt örtüyü 1945-ci ilin hərbi paradında tankların tırtılları altında tamamilə dağıdılıb. 1948-ci ilin əvvəllərində Milan Avtoklubu trası bərpa etmək qərarına gəldi və iki aydan sonra tras yarışlara hazır oldu. Oktyabrın 17-də keçirilən ilk yarışda Jan-Pyer Vimill Alfa Rомео 158-də qalib gəldi…

1955-ci ildə trasda yenidənqurma işləri başlanıb. Artan sürətlər və təhlükəsizlik tələbləri asfalt örtüyün altındakı qum qatını beton qatla əvəz etməyi tələb edirdi. Trasın uzunluğu 4.25 km-ədək qısaldılıb və yeni sahələr əlavə olunub – artan radiuslu Parabolica döngəsi və iki “əyri düz” yol trasda 285 km/saat sürət yığmağa imkan verirdi…

ita3
Bununla yanaşı 10 km-lik variant da yenilənmişdi, ona görə çempionatlar iki tras arasında seçim edə bilirdilər. Düzdür, 1961-ci ildə ağır qəzadan sonra uzun tras biryerli maşınlar üçün əbədi bağlandı – Parabolica-ya girişdə Volfqanq fon Tripsin Ferrari-si trasdan çıxaraq tribunaya girmişdi, sürücü və 11 tamaşaçı həlak olmuşdu. Təşkilatçılar bu yerə dəmir hasar çəkdilər, amma 1970-ci ilin sərbəst yürüşlərində Yohen Rindtin Lotus-unda əyləclər imtina etdikdən sonra o bu hasara çırpılaraq həlak olmuşdu…

Monsa trası maksimal sürət üçün tikilib, amma artıq təşkilatçılar əksini düşünməyə başlayıblar. Tras bir neçə dəfə yenidən qurulub, sürəti aşağı salmaq üçün müxtəlif tədbirlər görülüb, amma konstruktorlar hər dəfə maşınların sürətini qaldırıblar. Monsa trası Formula1 yarışları tarixində 9 dəfə konfiqurasiyasını dəyişib, hazırkı konfiqurasiya 2000-ci ildən fəaliyyət göstərir, amma hər il xırda əlavələr edilir, elə üç il əvvəl ikinci şikananın təhlükəsizlik zolağı asfaltla örtülüb…

Yəqin ki, bu da son olmayacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Belçikada yerləşən Spa-Frankorşam trası ilk dəfə 1921-ci ildə yarış qəbul edib, trasın əsasını La Meuse qəzetinin redaktoru Jül de Tyer […]

Belçikada yerləşən Spa-Frankorşam trası ilk dəfə 1921-ci ildə yarış qəbul edib, trasın əsasını La Meuse qəzetinin redaktoru Jül de Tyer və ölkənin Kral Avtomobil Klubunun idman şöbəsinin başçısı Henri van Ofem qoymuşdular. Onlar üç yaşayış məntəqəsini birləşdirən yerli yollardan yarış trası kimi istifadə etməyi qərara almışdılar, nəticədə çox sürətli yarış trası alınmışdı. Demək olar ki, bu tras “təbii yolla” alınmışdı, tras həm sürücülərin, həm də tamaşaçıların xoşuna gəldi və tezliklə müxtəlif seriya və siniflərin yarışlarını qəbul etməyə başladı.

1924-cü ildə bu trasda ilk dəfə olaraq “Frankorşamın 24 saatı” sutkalıq yarışı, gələn il isə İlk Qran Pri keçirilib. Starta cəmi yeddi maşın çıxmışdı, qələbəni isə Alfa Romeo-da Antonio Askari (gələcək ikiqat dünya çempionunun atası) bayram edib.

İlk “süni” döngə (Raidillon – “yolun çətin hissəsi”) trasın konfiqurasiyasına 1938-ci ildə əlavə olunub. Bu döngə ilə trası daha gərgin və sürətli etmək planlaşdırılırdı, o zaman məhşur alman Nürburqrinq trası ilə rəqabət gedirdi. Müharibə zamanı trasda yarış keçirilməyib, 1947-ci ildən isə yenidən iş qızışıb. 1950-ci ildən isə tras Formula1 təqvimində yerini alıb. İlk iyirmi ildə trasın uzunluğu 14 km-dən uzun idi!

belc3
Yüksək sürətlər və döngələr Spada təhlükəsizlik məsələlərini həmişə önə çəkirdi. 1960-cı ildə iki sürücü (Mayk Təylor və Stirlinq Moss) sərbəst yürüşlərdə ağır zədə aldılar, iki sürücü isə (Kris Bristou və Alan Steysi) yarışda həlak oldular. 1966-cı ildə ciddi kütləvi qəzadan sonra (starta çıxmış 15 maşından 8 maşın qəzaya düşmüşdü) çiyin və qabırğasını sındırmış Ceki Stüart bu trasda təhlükəsizliyi artırmaq kompaniyasına başladı. Daha sonra bu kompaniyaya Qran Pri sürücülərinin Assosiasiyası da qoşuldu. Düzdür, 1970-ci ildə trasın konfiqurasiyasında dəyişiklik edilsə də (şikana əlavə olunmuşdu), bu il 14 km-lik trasın son yarışı oldu.

Növbəti 13 ildə Belçika Qran Prisi iki dəfə Niveldə və 10 dəfə Zolderdə keçirildi.

Spada isə 1979-cu ildən başlayan yenidənqurma işləri 1983-cü ildə başa çatdı: trasın uzunluğu iki dəfədən çox qısaldıldı və konfiqurasiyası tam dəyişdirildi. Həmin il yarış köhnə ad altında tamamilə yeni trasda keçirildi.

belc2

Tarix: 27-29 avqust 2010-cu il
Tras: Spa-Frankorşam
Dövrənin uzunluğu: 7004 m
Dövrələrin sayı: 44
Ümumi məsafə: 308.052 km

O vaxtdan trasda 3 dəfə yarış keçirilməyib: 1984-cü ildə yarış Zolderdə keçirilib, 2003-cü ildə tütün qadağasına görə yarış keçirilmədi və dörd il əvvəl təşkilatçıların maliyyə problemləri üzündən yarış baş tutmadı.

Bu illər ərzində tras bir neçə dəfə konfiqurasiyasını dəyişib, hətta start xətti yerini dəyişib, yeni döngə və şikana əmələ gəlib, trasın uzunluğu da dəyişib. Amma bütün bunlara baxmayaraq, bu tras sürücülərin sevimlisi olaraq qalmaqdadır. Trasda ancaq istedadlı sürücülər qalib gəliblər, Mixael Şumaher burada altı qələbə qazanıb, Ayrton Senna – 5, Cimmi Klark və Kimi Rəykkönen – 4, Fanxio və Dəymon Hill – 3, Alberto Askari və Alen Prost isə 2 qələbə qazanıbalr. Bu trasda qalib gələn 20 sürücüdən 14 nəfəri çempion olub…

Son illərdə bu trasda Kimi Rəykkönen dominanlıq edirdi, bu il Kimisiz birinci yarışda kim qalib gələcək?…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Bu trasda 1986-cı ildə keçirilmiş ilk yarış o vaxt Sovetlər Birliyində də keçirilə bilərdi. Cənab Ekklstoun çempionatın mərhələlərindən birini “dəmir […]

Bu trasda 1986-cı ildə keçirilmiş ilk yarış o vaxt Sovetlər Birliyində də keçirilə bilərdi. Cənab Ekklstoun çempionatın mərhələlərindən birini “dəmir pərdələr” arxasında keçirmək fikrində idi, namizəd kimi Sovetlər İttifaqı, Çin, Yuqoslaviya irəli sürülmüşdü, amma Berni son anda öz seçimini Macarıstanda saxladı. Çempionatın rəhbəri Budapeştə baş çəkdi, razılıq verdi və rekord səkkiz ay müddətinə avtodrom tikildi. Qəzetlər yazırdı ki, Berni yerli məmurları məftun etdiyindən layihəyə “yaşıl işıq” verilib.

mac2

Tarix: 30 iyul-1 avqust 2010-cu il
Tras: Hunqarorinq
Dövrənin uzunluğu: 4381 m
Dövrələrin sayı: 70
Ümumi məsafə: 306.458 km

Təsəvvür edin ki, müqavilə 1985-ci ilin sentyabrın 10-da imzalanmış, tikinti işləri oktyabrın 1-də başlamış və artıq 1986-cı il martın 24-də avtodromda yoxlama yarışı keçirilmişdi. Həmin ilin avqustunda isə Hunqarorinqdə ilk Formula1 mərhələsi keçirilib.

Bu trasa çempionat təşkilatçıları və sürücülər digərlərindən daha çox tələblər irəli sürürdülər, trası bir neçə dəfə yenidən qurublar və 2003-cü ildə yeni variant debüt edib, əlbəttə, bu variant da heç də hamının xoşuna gəlməyib. Trasın modernizasiyasına baxmayaraq, burada ötmə qəhrəmanlıq sayılır, amma geniş təhlükəsizlik zonaları risk etməyə imkan verir.

mac3
Dövrədəki orta sürətinə görə Hunqarorinq yalnız Monakodan üstündür, bu çox yavaş trasdır, bu trasda optimal sazlanmalar tapmaq da çətindir. Sıralanma turunda sürətli dövrə üçün bir, yarışdakı stabillik üçün isə ayrı sazlanmalar lazımdır. Bunun üzərinə ötmələrin praktiki olaraq mümkünsüzlüyünü əlavə etsəniz, bir neçə məchullu tənliyin həllini alarsınız. Bu tənliyi komandaların mühəndisləri uik-end ərzində həll etməlidirlər.

Sıralanma turunda cüt yerləri tutmuş sürücülər trayektoriyadan kənar çirkli hissədən yarışa başlamalı olacaqlar. Son səkkiz ildə Macarıstan Qran Prisini yeddi müxtəlif sürücü qazanıb, amma son 5 yarışda üstünlük McLaren sürücülərində olub. Görək bu dəfə necə olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Deyilənə görə, Hokkenhaym dünyada siqarası, quşqonmaz otu və avtodromu ilə məşhurdur. Keçən əsrin 30-cu illərində gənc xronometrçi Ernst Krist doğma […]

Deyilənə görə, Hokkenhaym dünyada siqarası, quşqonmaz otu və avtodromu ilə məşhurdur. Keçən əsrin 30-cu illərində gənc xronometrçi Ernst Krist doğma şəhərində yarış trasının tikilməsi təşəbbüsü ilə çıxış edərkən, heç kim təsəvvür edə bilməzdi ki, bu nə qədər ciddi nəticələr verəcək. 1931-ci il dekabrın 1-də yerli məmurların dəstəyi ilə şəhər avtoklubu təşkil olundu, üç həftə ərzində ilk trasın layihəsi hazırlandı və martın sonunda tikinti işləri başlandı – 1932-ci il mayın 29-da isə avtodromda ilk yarış keçirildi.

Müharibə zamanı bütün alman torpaqları kimi Hokkenhaym da tam dağıdılmışdı, müharibədən sonra tras bərpa olundu, amma 60-cı illərin əvvəlində vacib avtomagistralların çəkilişi ilə əlaqədar olaraq trasın konfiqurasiyası dəyişdirildi. Yeni layihəni də elə həmin Krist hazırladı, federal və yerli hökümət nümayəndələri ilə uzun danışıqlardan sonra maliyyə dəstəyi əldə edildi və 1966-cı il mayın 22-də yeni Hokkenhaymrinq AFR-ın nəqliyyat naziri tərəfindən açıldı. 1970-ci ilin avqustunda trubunalara toplaşmış 100 minlərlə azarkeşlər ilk Formula1 yarışının şahidi oldular – qələbəni isə Lotus 72C-də Yohen Rindt qazandı.

alm2

Tarix: 23-25 iyul 2010-cu il
Tras: Hokkenhaym
Dövrənin uzunluğu: 4574 m
Dövrələrin sayı: 67
Ümumi məsafə: 306.458 km

2002-ci il fevralın 4-də Hokkenhaymrinq rekonstruksiyaya bağlandı, təşkilatçılar FİA-nın tələblərinə uyğun olaraq trasın meşə massivindən keçən hissəsini aradan qaldırmaqla uzunluğunu qısaltdılar. Nəticədə tras çempionatın ən sürətli trası statusunu itirdi, amma tribunların tutumu iki dəfə artdı.

2006-cı ildə Mixael Şumaherin çempionatı tərk etməsindən sonra alman tamaşaçıların və sponsorların çempionata maraqları azaldı, Hokkenhaym və Nürburq traslarının sahibləri hər il Qran Pri keçirmək imkanlarını itirdilər, həm də Formula1 aktiv şəkildə Asiyanı zəbt edirdi, ona görə də iki alman trası milli yarışı növbə ilə keçirmək qərarı qəbul etdi. Bu il növbə Hokkenhaymındır.

Tras yavaş sahədə asfalta yatma qüvvəsi ilə düz yollarda sürət arasında kompromis tələb eidr, həm də üstünlük sürətə verilir, nəticədə Parabolikada və Spitzkehre sancağı qarşısında əylənmədə rəqibə hücum etmək olur. Maşının əylənmədə stabilliyi çox vacibdir, asfalt çox hamardır, amma əylənmə-sürətlənmə çoxluğundan təkərlər tez yeyilir. Bu il Bridgestone komandalara Hard və SuperSoft tərkibləri verib, hava proqnozunu isə həmişəki kimi əvvəlcədən söyləmək çətindir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Silverstounda aerodrom ikinci dünya müharibəsi illərində tikilmişdi və Amerika-Britaniya HHQ-nin bazası kimi istifadə olunurdu. Müharibədən sonra uçuş zolaqları pilotların tədrisi […]

Silverstounda aerodrom ikinci dünya müharibəsi illərində tikilmişdi və Amerika-Britaniya HHQ-nin bazası kimi istifadə olunurdu. Müharibədən sonra uçuş zolaqları pilotların tədrisi üçün istifadə olunurdu, daha sonra hərbçilər aerodromu birdəfəlik tərk etdilər və Silverstouna sürücülər gəldilər – əvvəlcə qeyri-rəsmi (deyilənlərə görə yerli avtohəvəskarların ilk qeyri-rəsmi yarışı maşının qoyunla toqquşmasına görə yarımçıq saxlanılıbmış).

brit3

Tarix: 9-11 iyul 2010-cu il
Tras: Silverstoun
Dövrənin uzunluğu: 5901 m
Dövrələrin sayı: 52
Ümumi məsafə: 306.747 km

1948-ci ildə Kral Avtomobil Klubu (RAC) milli Qran Pri keçirilməsi üçün yer axtarmağa başladı, Doninqton Park hərbçilərlə dolu idi, Bruklənddə mülki aviasyia yerləşmişdi, Silverstounun daxili yolları ən ucuz və praktiki olaraq istifadəyə hazır variant oldu – RAC tezliklə icarə məsələsini həll etdi və 3.7-millik qum saatı formasında trasa sahib oldu.

1950-ci ildə Silverstoun Formula1-in ilk milli mərhələsini qəbul etdi, Kral VI Georq və minlərlə azarkeşin izlədiyi yarışı Nino Farina qazandı. Bir ildən sonra RAC trasın idarə olunması hüququnu Britaniya Sürücülər Klubuna (BRDC) verdi və 1954-cü ilə kimi yarışlar burada keçirilirdi. Silverstoun 1955-1963-cü illərdə yarışları Əyntri ilə, 1964-1986-cı illərdə isə Brənds Hətçlə növbələyirdi, sonra isə milli mərhələnin yeganə sahibi oldu.

brit2
Çempionat rəhbərliyinin Silverstoundan heç xoşu gəlmirdi, müasir Asiya avtodromlarına hər bir komponentdə uduzurdu. Həm də FOM və BRDC arasındakı münaqişə hər iki tərəfin prinsipinə çevrilmişdi. Bu mərhələni hər il çempionatdan kənarlaşdırmaq istəyirdilər, amma son anda tras təqvimə qaytarılırdı. Nəhayət, 2008-ci ildə Doninqtonla 10 illik müqavilə bağlandı və keçən il sonuncu yarış bu tras keçirildi. Amma Doninqton maliyyə problemləri üzündən müqaviləni təsdiq edə bilmədi və çempionat yenidən əfsanəvi trasa qayıtdı – trasla 17 illik müqavilə imzalandı.

Trasın konfiqurasiyası dəyişdirildi – yeni Arena adlandırılan sahə əlavə olduğu üçün trasın uzunluğu 745 metr artdı. Tras təkərləin stabilliyinə və aerodinamikanın effektliyinə çox tələbkardır, bu cəhətdən Barselonaya oxşayır. Hava isə sürpriz ola bilər. Bu çempionatın təqvimində ən sürətli traslardan biridir, dövrədə orta sürət 235 km/saatı keçir. Bir neçə sürətli döngə təkəri həddən artıq yükləyir, asfaltın özəlliyi isə təkərin tez yeyilməsinə səbəb olur, amma trasın temperaturu adətən yüksək olmur.

Son on iki yarışda beş dəfə Ferrari, beş dəfə McLaren pilotları qalib gəliblər, keçən il isə qələbəni pouldan start almış Sebastyan Fettel bayram etmişdi, bu dəfə qələbəyə əsas namizəd Red Bull sürücüləri olacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Son illər Avropa Qran Prisi əsasən Nürburqrinqdə keçirilib, bu isə hər şeydən əvvəl Mixael Şumaherin məhşurluğunun və uğurlarının nəticəsi idi […]

Son illər Avropa Qran Prisi əsasən Nürburqrinqdə keçirilib, bu isə hər şeydən əvvəl Mixael Şumaherin məhşurluğunun və uğurlarının nəticəsi idi və alman torpağında ikinci yarış keçirməyə imkan verirdi, amma alman sürücüdən sonra Fernando Alonsonun populyarlığından istifadə edən İspaniya təqvimdə ikinci yarışı keçirmək hüququnu əldə edib. Artıq üç ildir bu Qran Pri Valensiyanın şəhər küşələrində keçirilir.

Valensiya trasında keçiriləcək yarış 20-ci Avropa Qran Prisidir, tras özü isə bu Qran Prini qəbul edən beşinci trasdır – Brənds Hətç, Doninqton, Xeres və Nürburqrinqdən sonra. Valensiyada artıq bir avtodrom var idi – Rikardo Tormo adına bu trasda adətən komandalar testlərə toplaşırlar. 2006-cı ilin aprelində yeni yarış keçirməkdən ötrü trasın yenidənqurulmasını müzakirə etmək üçün Berni Ekklstoun yerli hökumət nümayəndələri ilə görüşüb və elə o zaman köhnə trasın təhlükəsizliyini artırmaq və yarışlar üçün isə liman yaxınlığında yeni tras qurmağı qərara alıblar – “sürətli Monako”.

avr2

Tarix: 25-27 iyun 2010-cu il
Tras: Valensiya
Dövrənin uzunluğu: 5419 m
Dövrələrin sayı: 57
Ümumi məsafə: 308.883 km

Trasın layihəsini yarış traslarının arxitektoru German Tilke hazırlayıb, bir neçə ay məsləhətləşmələrdən sonra 2007-ci ilin mayında xüsusi mətbuat konfransında 2008-ci ildə ilk yarışın keçirilməsi barədə müqavilənin bağlanması elan olunub. Tras 2008-ci ilin yayında tam hazır olub və FİA-dan lisenziya almamışdan əvvəl sürücülər İspaniyanın F3 və OpenGT seriyalarında trası yoxlayıblar və iyulun sonunda trasda Formula1 mərhələsini keçirmək hüququ verən lisenziya alınıb.

Rəsmən avtodrom müvəqqəti sayılır, amma komandalar trasın Monakodan fərqli olmasını söyləyiblər – ispan trası çox genişdir, sürətlidir və təhlükəsizdir – bu xüsusiyyətlər stasionar traslara xasdır. İlk yarış ötməsiz və darıxdırıcı alınıb, amma Tilke hamını əmin edib, bu birinci yarışdır, gələn dəfə belə olmayacaq.

avr3
Trasda 25 döngə var – 14 sağ və 11 sol, geniş 12 və 17-ci döngələrin girişində ötmək mümkündür. Bu vaxtlar Valensiyada isti olur, günorta temperatur +30 dərəcəyə kimi qalxır, amma komandaların işini dənizdən əsən külək çətinləşdirə bilər. Startdan sonra geniş birinci döngədə problem olmamalıdır, amma sonrakı iki döngədə problemlər yaşana bilər. Komandalara “yumşaq” təkər cütlüyü təqdim olunacaq – SuperSoft və Medium, strategiya təkərin yeyilmə dərəcəsindən asılı olacaq, amma bu zaman Təhlükəsizlik Maşınının da yarışın taleyinə qarışmasını nəzərə almaq lazım gələcək. Tras əyləclərə də çox tələbkardır.

Trasda keçirilmiş yarışlarda iki braziliyalı sürücü – Felipe Massa və Rubens Barrikello qalıb gəliblər, baxaq görək, Valensiya trasının bu dəfə qalibi kim olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Formula1 Kanadaya 60-cı illərin ortasında gəlib, ölkənin fransızdilli və ingilisdilli hissələrinin daimi rəqabəti ona gətirib çıxardı ki, milli mərhələni növbə […]

Formula1 Kanadaya 60-cı illərin ortasında gəlib, ölkənin fransızdilli və ingilisdilli hissələrinin daimi rəqabəti ona gətirib çıxardı ki, milli mərhələni növbə ilə Mon Tremblan və Mosport avtodromları qəbul etdilər, sonra isə Formula1 Mosportda qərarlaşdı, çünki digər tras çox təhlükəli idi.

1977-ci ildə fransız kanadalılar Jil Vilnövün çıxışından ruhlanaraq Kvebekdə yeni tras tikilməsi fikrini səsləndirdilər, amma sıfırdan avtodrom tikmək uzun və baha başa gələn iş olduğundan, 1967-ci ildə EKSPO-67 sərgisi üçün süni yaradılmış İle Notre Dame adasından istifadə etməyi qərara aldılar (bu adadakı bəzi qurğular 1976-cı il Olmpiadasında istifadə olunmuşdu). Şəhər hökuməti 2 milyon dollar tapdı, düz yollar sahəsini bir-biri ilə əlaqəndirdilər və 1978-ci ildə Kanada Qran Prisinə hər şey hazır idi.

kan2

Tarix: 11-13 iyun 2010-cu il
Tras: J.Vilnöv adına
Dövrənin uzunluğu: 4361 m
Dövrələrin sayı: 70
Ümumi məsafə: 305.270 km

Kanada Qran Prisinin bu trasda ilk qalibi (Formula1-də indiyə kimi cəmi 7 kanadalı sürücü olub) Jil Vilnöv oldu, o Ferrari 312T3-ün sükanı arxasında 4500 metrlik trasın 70 dövrəsinə 1 saat 57 dəqiqə 49 saniyə vaxt sərf etdi. Dörd il sonra Zolderdə sıralanma turunda Jil həlak olduqdan sonra bu trasa onun adı verildi.

Mərhələnin tarixi faciə və zəfərlərlə doludur. Burada qalibi əvvəlcədən söyləmək çətindir, adətən podiuma çempionatda qələbə uğrunda yarışan pilotlar çıxmırlar, çempionatın liderlərinin bəxti isə burda az gətirir…

kan3
Kanada trası əyləclərə, motora və təkərlərə çox tələbkardır, aerodinamikaya isə sakit yanaşır – bu mövsümün birinci yarışıdır ki, komandalar maşını ən az asfalta yatma qüvvəsinə sazlayırlar.

Təcilli sürətlənmələr üzündən arxa təkərlər tez yeyilir, amma Monrealın əsas problemi əyləclərdir, soyutma sistemi çatdıra bilmir və bir dəfə Williams və Toyota əyləcin soyutma sisteminin hava borularının reqlamentə uyğun gəlmədiyi üçün diskvalifikasiya da olunublar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Türk höküməti və iş adamları böyük bir plan hazırlayaraq qısa müddətdə onu həyata keçirdilər. Çoxları hesab edirdilər ki, belə tələskənlik […]

Türk höküməti və iş adamları böyük bir plan hazırlayaraq qısa müddətdə onu həyata keçirdilər. Çoxları hesab edirdilər ki, belə tələskənlik keyfiyyətdə özünü göstərəcək, amma ilk yarış düz vaxtında keçirildi, sürücülər və jurnalistlər isə təşkilatçılara kompliment söyləməkdən yorulmurdular.

Avtodrom üçün şəhərin Asiya hissəsində Tuzla yaxınlığında dağlıq sahə ayrılmışdı. Bu ərazinin yerli relyefi o qədər maraqlı idi ki, German Tilkeyə bu relyeflə yalnız trasın sxemini uzlaşdırmaq qaldı. Aydındır ki, Qran Prinin texniki təminatı yüksək səviyyədədir, beləki hələ layihədə geniş təhlükəsizlik zonaları, komandalar üçün geniş bokslar və sair rahatlıqlar nəzərdə tutulmuşdu.

tur2

Tarix: 28-30 may 2010-cu il
Tras: İstanbul Speed Park
Dövrənin uzunluğu: 5338 m
Dövrələrin sayı: 58
Ümumi məsafə: 309.396 km

Tras kifayət qədər sürətli alınıb, bəzi sahələr Spadakı məşhur O’Ruju xatırladır, burada döngədən çıxış döngəyə daxil olma dəqiqliyindən və sürət rejiminə riayət etməkdən asılı olur. İstanbul trasının asfaltı sürüşkəndir, trayektoriyanın ətrafı çirklidir, ona görə kiçik bir səhv dövrədə nəticəyə təsir edir. Xüsusilə səkkizinci döngə dəqiqlik tələb edir, bu döngə dörd kiçik sol döngədən ibarətdir – sürücülər zərgər dəqiqliyi ilə dörd apeks keçməlidirlər. Burada ötmək olar, amma hücum risk tələb edir – geniş təhlükəsizlik zonasında maşına xəta yetməyəcək, amma rəqibdən çox geri qalmaq olar.

tur3
Trasda ilk üç yarış isti avqust ayında keçirilmişdi, daha sonra isə yarışın keçirilmə vaxtı may-iyun aylarına təsadüf edir. İstanbul Speed Park trasında hərəkət saat əqrəbinin hərəkətinin əks istiqamətindədir, ona görə çox şey sürücülərin fiziki hazırlığından və soyutma sistemlərinin effektliyindən asılı olacaq. Bu trasda ilk yarışı Kimi Rəykkönen, sonrakı üç yarışı isə Felipe Massa pouldan start almaqla qazanıblar, keçən il isə pouldan Sebastyan Fettel yarışa başlasa da Censon Batton finiş xətttini birinci keçib. Baxaq görək bu dəfə yarış necə keçəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Monako yarışını həmişə Formula1-in bahalı daş-qaşı adlandırırlar, amma bu barədə adı iş şəraitindən mərhum olmuş mexanikdən soruşmayın. Son illərə kimi […]

Monako yarışını həmişə Formula1-in bahalı daş-qaşı adlandırırlar, amma bu barədə adı iş şəraitindən mərhum olmuş mexanikdən soruşmayın. Son illərə kimi komandaların boksları belə yox idi, maşın üzərində işlər müvəqqəti qurulmış çadırlar altında gürülürdü, beş il əvvəl quraşdırılmış bokslar isə Bəhreyn və ya Malayziyadan dəfələrlə geri qalır.

monako5

Tarix: 13-16 may 2010-cu il
Tras: Monte Karlo
Dövrənin uzunluğu: 3340 m
Dövrələrin sayı: 78
Ümumi məsafə: 260.520 km

Təqvimdə bundan maraqlı və əksliklərlə zəngin mərhələ yoxdur, yəqin məhz buna görə Monakoda qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Tam şəhər küçələrində keçirilən yarış təqvimdə bir dənədir, onun nəticəsini qabaqcadan demək isə mümkün deyil. Kiçik bir səhv yarışı yarımçıq saxlamağı təmin edir, motorun gücü son nəticəyə təsir etmir, ötmək üçün praktiki yer yoxdur – müasir Formula1-in tələblərinin tam əksliklərinin bütün yığımı.

Formula1 knyazlığın torpağına debüt ilində gəlib, ilk mərhələ Fanxionun qələbəsi ilə başa çatmışdı – əfsanəvi sürücü yarış məsafəsini 3 saat 13 dəqiqə 19 saniyəyə (orta sürət 98.7 km/saat) qət etmişdi. Bir çox mütəxəssislər trası təhlükəli hesab edərək 4 il təqvimə salmadılar, 1955-ci ildən isə Monako həmişəlik Formula1-ə qayıtdı. İndiyə kimi yarışlarda iki sürücü dünyasını dəyişib, iki maşın suya düşüb, amma Monako Qran Prisi ən təhlükəsiz mərhələdir.

Bu çempionatın ən yavaş trasıdır. Monakoda yumşaq və stabil təkərin olması vacibdir, axı arxa təkərlər daimi əylənmə-sürətlənmə rejiminə görə ciddi yüklənir. Adətən komandalar maşını maksimum asfalta yatma qüvvəsinə sazlayırlar. Monakoda praktiki olaraq ötmə yeri yoxdur, trasın vəziyyəti isə dövrədən dövrəyə yaxşılaşır, ona görə sıralanma turu böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Ferrari sonuncu dəfə knyazlığın küçələrində 2001-ci ildə qələbə qazanıb, bu dəfə xoşagəlməz ənənə pozulacaqmı?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Tras

Kataloniyada ilk yarış 1908-ci ildə keçirilib, o zaman 17 mil uzunluğu olan ümumi istifadəli yollardan düzəldilmiş yarış trasında “Kataloniya Kuboku” […]

Kataloniyada ilk yarış 1908-ci ildə keçirilib, o zaman 17 mil uzunluğu olan ümumi istifadəli yollardan düzəldilmiş yarış trasında “Kataloniya Kuboku” keçirilmişdi. İlk daimi avtodrom isə 1923-cü ildə salınıb və tamaşaçılar həmin ilin oktyabrında Luis Sborovski və Alfredo Divosun gərgin mübarizəsinin şahidi olublar. Amma maliyyə çatışmazlığı üzündən avtodrom bağlandığından yarışlar San Sebastyana keçirildi.

isp2

Tarix: 7-9 may 2010-cu il
Tras: Katalunya Montmelo
Dövrənin uzunluğu: 4655 m
Dövrələrin sayı: 66
Ümumi məsafə: 307.104 km

Formula1-də ilk İspaniya yarışını 6 km uzunluğu olan Pedralbes avtodromu qəbul edib. Bu çempionatın son yarışı idi, Xuan-Manuel Fanxio Alfa Romeo-da və Alberto Askari Ferrari-də titul uğrunda mübarizə aparırdılar. Ferrari düzgün təkər seçmədiyindən titulu yarışla birlikdə Fanxio qazandı. Üç il sonra Pedralbes milli yarışı qəbul edirdi, amma Lə Mandakı ciddi qəzadan sonra trasların təhlükəsizliyinə yenidən baxıldı və avtodrom çempionatdan xaric edildi.

Yalnız 1966-cı ildə kataloniyalılar köhnə Monjuik avtodromunu bərpa edərək onu Madrid yaxınlığındakı Xarama avtodromuna qarşı qoydular. 1968-ci ildə yarış Xaramada keçirildi və onu Qrəhəm Hill qazandı, bir il sonra isə mərhələ Monjuikdə keçirildi, on dörd maşından finişə yalnız beşi çata bildi və birinci Ceki Stüart oldu.

Bir neçə il traslar növbələşirdi, 1975-ci ildə isə qalmaqal oldu – cümə günü sürücülər Monjuik trasında təhlükəsizlik baryerlərinin düzgün qurulmamasından şikayətlənərək trasa çıxmadılar. Həmin səbəb üzündən şənbə günü sıralanma turu qısaldıldı, yarış isə 79 dövrə əvəzinə 30-cü dövrədə Rolf Ştommelenin qəzası və 5 tamaşaçının ölümündən sonra dayandırıldı. Formula1 Monjuiki həmişəlik tərk etdi.

isp3
1986-cı ilin oktyabrında Kataloniyanın parlamenti Formula1-i öz torpaqlarına qaytarmaq üçün tras tikintisi üzrə komissiya yaratdı. On dörd aydan sonra şəhərin şimalında torpaq sahəsi ayrıldı, 1989-cu ilin 24 fevralında isə Circuit de Catalunya trasının ilk fundamenti qoyuldu, trasın sponsorları isə Kral Avtomobil Klubu, Kataloniya hökuməti və Montmelo bələdiyyəsi oldular.

1991-ci ilin 29 sentyabrında 16 illik fasilədən sonra Formula1 Kataloniyaya qayıtdı və ilk yarışı Naycel Mənsell qazandı. Kompleks ən qabaqcıl texnologiyalarla tikilmişdi və dərhal çempionata qatıldı. Bundan başqa trasın uğurlu yerləşməsi komandalar üçün qış testlərini məhz bu trasda keçirmək imkanı verdi.

Trasda keçirilən 19 yarışdan yalnız 4-də qələbəni pouldan start almayan sürücü əldə edib, ona görə də bu trasda sıralanma turu böyük əhəmiyyət kəsb edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*