J.Vilnöv: Həmilton özünə gəldi

Sabiq Formula1 pilotu Jak Vilnöv yeddiqat Dünya Çempionu Lyuis Həmiltona təriflər yağıdırıb.

F-1.az xatırladır ki, britaniyalı pilot Kanada yarışında üçüncü yeri tutaraq, bu il ikinci dəfə podiuma yüksəlib.

Jak Vilnöv: “Bir neçə həftə əvvəl Lyuisi çox tənqid edirdim. İndi onu tərifləməliyəm. Bolid rəqabətədavamlı idi və Lyuis əla sürdü. Podiuma yüksəlmək onun üçün vacib idi.

Şənbə günü Corcun qəribə qumarı ilə sıralanma turunda önə keçdi. Yarışda da maksimumu çıxardı. Doğru qərarlar aldı və sürətli idi. Onun üçün çətin mövsümdür. Bu nəticəyə ehtiyacı var idi. Onun üçün problemlər geridə qaldı. Lyuis yenidən qayıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*