Rəsmən: C.Rassell Mercedes-ə keçir

Mercedes komandası 2022-ci il üçün Corc Rasseli heyətinə qatdığını rəsmən açıqlayıb.

F-1.az xatırladır ki, Valtteri Bottas gələn il “gümüşü oxlar”ın heyətini tərk edəcək və Alfa Romeo komandasına keçəcək. Bundan sonra hamı Mercedes-in gənc Corc Rasseli transfer etməsini gözləyirdi. Nəhayət ki, gözlənilən açıqlama bu gün gəlib.

Corc Rassell: “Bu, böyük fürsətdir və bundan ən yaxşı forada istifadə etmək istəyirəm”.

Toto Volff: “O qatıldığı bütün seriyalarda qalib gəlib. Williams-la bir neçə sezon keçirəndən sonra bizə gəlir. İndi isə bütün dövrlərin ən yaxşı Formula1 pilotu Lyuis Həmiltonun yanında inkişaf etməlidir. Onların münasibəti yaxşılaşdıqca biz güclü komanda olacağıq və Mercedes-ə ən yaxşı nəticələri qazandıracaqlar.

Növbəti mövsüm üçün planların dəqiqləşməsi çiynimizdən ağır yükü götürdü. Amma bu mövsüm 9 yarışımız var və onlara fokuslanmalıyıq. Bu il titulu əldə etmək üçün əlimizdən gələni edəcəyik”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*