T.Volff: “Hazırkı vəziyyətdə Verlyaynı yarışdırmaq risk olar”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Paskal Verlyayn Mercedes-də yarışmaq üçün təcrübəsizdir və onu transfer etməmələrinin digər səbəblərini açıqlayıb.

F-1.az xatırladır ki, Niko Rosberq karyerasını bitirdikdən sonra onu əvəz etmək üçün ən real namizəd Paskal Verlyayn sayılırdı, amma “gümüşü oxlar” Valtteri Bottası transfer etmişdilər. Almanlar Bottas üçün Williams komandasına pul verməli olmuş və Verlyaynı Sauber komandasında yarışdırmaq qərarı almışdılar.

Toto Volff: “Sürətli və istedadlı sürücü olduğunu həmişə demişik. Amma hələ inkişaf dövründədir. Səhvlər edəcək və öyrənəcək. Hazırkı vəziyyətdə risk edə bilmərik və buna görə də bizimlə yarışması mümkün deyil.

Keçmişə baxaq – Serxio Peres, Heykki Kovalaynen və Kevin Maqnussen karyeralarının əvvəlində McLaren-ə qoşuldular və sonları yaxşı olmadı.

Maksın (Ferstappen) vəziyyəti Paskala nisbətən tamamilə fərqli idi. Maks hazırda Esteban və Paskala tətbiq etdiyimiz proqramla Red Bull-a qoşuldu.

Toro Rosso komandasında onun üçün mükəmməl proqram var idi. Red Bull-a keçməmişdən əvvəl ilyarım orada yarışdı. Əlavə olaraq 2014-cü ilin sərbəsr yürüşlərində trasa çıxaraq, Formula1-ə ən yaxşı formada hazırlaşdı.

Red Bull-a keçdikdən sonra Dünya Çempionluğu uğrunda mübarizə aparmadı. Komandaya qoşulduqdan sonra Həmilton kimi sürücüyə qarşı mübarizə aparmadı. Bu işdə ikinci şans yoxdur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*