T.Volff: “Paketimiz zəif idi”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Spa və Montsada zəif olublar.

F-1.az xatırladır ki, Lekler sonucu İtaliya yarışında Mercedes sürücülərinin hücumlarını dəf edərək 9 ildən sonra komandasına ev qələbəsi qazandırıb.

Toto Volff: “Spa və Montsada paketimizin zəif olduğunu bilirdik. Əslində ikinci və üçüncü yer əla nəticədir. Yarışdan əvvəl mənə bu yerləri versələr, düşünmədən götürərdim. Ancaq sürücülər narazıdır. Rəqibi izləmək istəyirsiniz və DRS açıqdır. Amma yaxınlaşa bilmirsiniz. Elə bil müharibəyə səhv silahlarla girmisiniz. Lakin Ferrari və Lekleri pisləmək istəmirəm. Ən güclü paketə sahib idilər və çox sərt sürən gənc adam var idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*