T.Volff: Həmiltonun dərdi pul deyil

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Həmiltonla danışıqlarda pul əsas məsələ deyil.

F-1.az xatırladır ki, altıqat Dünya Çempionunun komandası ilə müqaviləsi ilin sonunda başa çatacaq. Bəzi iddialara əsasən Həmilton yeni müqavilə üçün “gümüşü oxlar”-dan astronomik məbləğlər istəyir. Lakin Həmiltondan sonra Toto Volff da bu iddiaları təkzib edib.

Toto Volff: “Hər sürücü yaxşı müqavilə bağlamağa çalışır. Ancaq iki səbəbə görə burada pulun vacib faktor olmadığını deyə bilərəm. Birincisi Lyuis bilir ki, Daimler ailəsi yenilənir. Eyni zamanda avtomobil endustrisi çətin günlər yaşayır.

İkinci səbəb isə Lyuisə çempionluq qazandıran bolid puldan daha vacibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*