Team Lotus komandası mövsümöncəsi testlərin sonuncu seriyasına martın 8-də başlaycaq – testlər siyasi böhran üzündən isti Bəhreyn əvəzinə soyuq Barselonada baş tutacaq.
Əgər McLaren, Mercedes GP və Ferrari komandaları testlərin başlanmasını martın 9-da elan ediblərsə, Team Lotus komandası öz maşınını trasa martın 8-də çıxaracaq və Barselonanı martın 11-də tərk edəcək. Sauber və Force İndia komandaları da eyni qrafiklə işləyəcəklər.