ACEA da FOTA ilə həmrəydir

Avropanın avtoistehsalçılar assosiasiyası (ACEA) bu gün Formula1-dəki vəziyyətlə əlaqədar rəsmi bəyanat yayıb… “ACEA-nın idaretmə üzvləri Formula1-dəki vəziyyəti müzakirə ediblər və […]

Avropanın avtoistehsalçılar assosiasiyası (ACEA) bu gün Formula1-dəki vəziyyətlə əlaqədar rəsmi bəyanat yayıb…

“ACEA-nın idaretmə üzvləri Formula1-dəki vəziyyəti müzakirə ediblər və çempionata rəhbərliyin hazırkı sxemini qeyri-qənaətbəxş hesab ediblər. FİA modernizə olunmalıdır, idarəolunma sistemi və idarəetmə prosesləri, federasiyanın konstitutsiyası daxil olmaqla şəfaflaşmalıdırlar.

ACEA iştirakçıları FOTA-nın aydın və şəffaf qaydaların yaradılmasında hərəkət və məramlarını dəstəkləyirlər, bu qaydalar komandaların məsrəflərini azaltmaqla gəlirlərini artıracaq və idmanı daha cəlbedici edəcək. Bu məqsədlər hələ reallaşmayıb, ona görə də BMW, Ferrari, Mercedes, Renault və Toyota digər komandalarla birlikdə alternativ yarışların təşkilini nəzərdə tutublar.”

ACEA 1991-ci ildə yaradılıb və Avropanın 15 böyük avtoistehsalçısını birləşdirir: BMW Group, DAF Trucks, Daimler, FİAT Group, Ford və General Motors-un Avropa nümayəndəliyi, Jaguar Land Rover, MAN Nutzfahrzeuge, Porsche, PSA Peugeot Citroen, Renault, Scania, Toyota Motor Europe, Volkswagen və Volvo. Bu ilin əvvəlindən ACEA-ya Renault-nun icraçı direktoru Karlos Qon başçılıq eidr.

ACEA FİA-nın Avropa ofisi ilə yol hərəkətinin təhlükəsizliyi və maşınların ekoloji təmizliyi məsələlərində sıx əməkdaşlıq edir. Deyilənlərə görə, ACEA-nın mövqeyi FİA prezidentinin qarşıdakı seçkilərində vacib rol oynaya bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*