L.Norris Mercedes motorundan razıdır

McLaren komandasının sürücüsü Lando Norris yeni Mercedes motorundan razı qalıb.

F-1.az xatırladır ki, Britaniya komandası keçən il Renault mühərriklərindən istifadə edirdi. Lakin bu ildən peletonun ən güclüsü sayılan Mercedes mühərriyinə keçiblər.

Lando Norris: “Mercedes motoru saat kimi işlədi. Qüsursuz idi. Ondan razı qaldıq. Motorun bütün rejimlərində özümü yaxşı hiss elədim. Yeni güc qurğusuna öyrəşmək çox vacib idi. Mühərrik bəzi sahələrdə Renault-ya nisbətən güclüdür. Bəzi sahələr isə təkmilləşdirilməlidir. Test ərzində güc qurğusu ilə yaxından işlədik və hər şeyə fikir verdik. Mercedes-in digər müştəriləri daha təcrübəlidirlər. Lakin biz bu mühərriyi yeni istifadə etməyə başlamışıq.

Mercedes-in güc qurğusu şöbəsi ilə yaxından işləyirik. Üçgünlük testlərdəki inkişafımızdan razıyam. Lakin inkişaf üçün hələ də yer var. Bu hal həm bolid, həm də mühərrik üçün keçərlidir. İşin gedişindən razıyıq. İlk sıralanma turunu səbirsizliklə gözləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*