14 Dekabr 2019, Şənbə - 06:11

Z.Braun: “Alonso təqaüdə çıxmayacaq”

Z.Braun: “Alonso təqaüdə çıxmayacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

08:04 - 13 Fevral, 2018

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Fernando Alonso təqaüdə çıxmaq barədə düşünmür.

F-1.az xatırladır ki, ispaniyalı sürücü karyerası ərzində 291 yarışa çıxıb və bu statistikada Rubens Barrikello, Mixael Şumaxer və Censon Battondan geri qalır. 36 yaşlı sürücü bu müddətdə 32 qələbə, 97 podium və 22 poul qazanıb. Lakin Alonso son qələbəsini 2013-cü ilin İspaniya, son podiumunu isə 2014-cü ilin Macarıstan yarışlarında əldə edib.

Zek Braun: “Daha əvvəl belə adam görməmişəm. Hər həftəsonu yarışır və bolid sürür. Sadəcə bolidlər barədə düşünür. Bu da onu güclü edən amillərdəndir. Əksər sürücülər erkən yaşlarında motivasiyalarını itirirlər. Buradakı problem yaş yox, motivasiyadır. Mən “18 yaşında Formula1-də olmalısan, 20 yaş gecdir” deyənlərdən deyiləm. 36 yaşında da yarışa bilərsiniz. Mixael Şumaxer 40 yaşında idmana qayıtdı və gələcəyin çempionu Rosberqə yaxın performans göstərirdi. Mika da yaxşı misaldır. Gedirəm dedi və birdəfəlik bitirdi. Fernando yaxşı hazırlaşıb və nəyə ehtiyacı olduğunu bilir. Əgər həm WEC, həm də Formula1-də yarışa bilməsəydi, qəbul etməzdi. Bundan başqa hazırda onun əsas hədəfi Le Manda qalib gəlməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 295
Teqlər , ,
Paylaş

logo