E.Cordan Şumaxeri niyə qovub?

Jordan komandasının sabiq rəhbəri Eddi Cordan 1998-ci ilin Belçika yarışından sonra Mixael Şumaxeri qarajındam qovubmuş.

F-1.az xatırladır ki, Şumaxer həmin yarışda qələbəyə gedərkən Kulthardla insident yaşamış və mübarizəni dayandırmalı olmuşdu. Bundan sonra Jordan komandasının sürücüləri Deymon Hill və Ralf Şumaxer qələbə uğrunda mübarizə aparsalar da, yarışı britaniyalı sürücü qazanmışdı. Qardaşının məğlubiyyətini həzm edə bilməyən Mixael yarışdan sonra Eddi Cordanın yanına gəlib.

Eddi Cordan: “Deymon o yarışı qazanmamalı idi, çünki Ralf daha sürətli idi. Amma ötməsinə icazə verə bilməzdim və bunu açıqca dedim. Yarışdan sonra Mixael boksa gəldi. Səbəb isə qardaşı idi. Ona dedim ki, Ralf uzun illərdir mənim üçün yarışır. Səni isə son dəfə görəndə rədd olub Benettona getmişdin. Elə bilirdim ki, ağıllısan, amma hələ də sənin puluna sahibəm. İndi isə buradan rədd ol. O isə cavabında mənə dedi ki, qardaşım gələn il sənin üçün yarışmayacaq. Mən isə ona “qardaşın müqaviləli işçimdir. Müqavilədə satınalma opsiyonu var. Pulunu ver və qardaşını məndən al”, – dedim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*