Kerpendə Mixael Şumaxerin böyüdüyü ərazi söküləcək

Yeddiqat dünya çempionu Mixael Şumaxerin böyüdüyü Almaniyanın Kerpen şəhərinin Mannheym rayonu 2024-cü ildə yaxınlıqdakı kömür mədənini genişləndirmək üçün söküləcək.

Əslində, alman kəndi olan rayon ərazisində hazırda cəmi 12 nəfər yaşayır. Qalan sakinlər artıq Kerpen şəhərinin Yeni Manheym rayonuna köçüblər.

F-1.az xəbər verir ki, köhnə məhəllənin sökülməsi və kömür mədəninin genişləndirilməsindən sonra ərazidə yalnız kilsə, Şumaxerin uşaqlıq evi və gələcək Formula1 çempionunun yarış bacarıqlarını artırdığı kartinq meydançası qalacaq.