Pirelli yeni formatı test etməyə yer axtarır

Bu həftəsonu İmolada çempionatın yeganə təkər istehsalçıları və FİA yeni sıralanma turu formatını sınaqdan keçirməyi planlaşdırırdılar.

F-1.az xəbər verir ki, yeni formata görə birinci sessiyada yalnız Hard tərkibindən, ikinci sessiyada yalnız Medium tərkibindən, üçüncü sessiyada isə yalnız Soft tərkibindən istifadə edilə bilər. İmola yarışı ləğv edildikdən sonra  Pirelli belə bir eksperimentin aparıla biləcəyi başqa tras axtarır.

Pirelli bildirib ki, FİA ilə birlikdə onlar İmola üçün əvəzedici tapacaqlar və ikinci dəfə Macarıstanda yeni sıralanma turu formatını sınaqdan keçirəcəklər. Məqsəd təkər dəstlərinin sayını azaltmaq, Formula1-i ekoloji cəhətdən daha təmiz etmək və xərcləri azaltmaq üçün daha bir addım atmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*