M.Mosli: “Ən varlı deyil, ən ağıllı komanda qalib gələcə

FİA prezidenti Maks Mosli gizlətmir ki, büdcənin məcburi məhdudlaşdırılması komandalarla federasiyanın münasibətlərini çətinləşdirə bilər, amma bu onu qorxutmur… Maks Mosli: […]

FİA prezidenti Maks Mosli gizlətmir ki, büdcənin məcburi məhdudlaşdırılması komandalarla federasiyanın münasibətlərini çətinləşdirə bilər, amma bu onu qorxutmur…

Maks Mosli: “Əgər siz ciddi islahatlar edirsinizsə, vəziyyət arzuolunmaz istiqamətdə də dəyişə bilər. Çox güman ki, bizi ciddi itkilərə aparan konfliktlər olacaq, amma biz buna hazırıq.

Manevr üçün yer çox azdır, amma iki və ya üç avtokonsernin rəhbərliyi məni əmin edib ki, Formula1-də çox qalamq fikrindədirlər, hətta büdcəni 25 milyon Avroya qədər məhdudlaşdırmağı da təklif ediblər.”

Mosli hesab edir ki, son illər Formula1 səhv yolla inkişaf edirdi, komandalar çoxmilyonlu modernizəyə üstünlük verirdilər, indi isə bunun əvəzinə yeni texnoloji qərarlar qəbul olunacaq. Federasiyanın prezidenti ümid edir ki, büdcənin məhdudlaşdırılması bu səhvi düzəldəcək…

Maks Mosli: “Ən varlı deyil, ən ağıllı komanda qalib gələcək. Bu ədalətli yanaşmadır, çünki kim uğurlu kəşf etsə, o da uğur qazanacaq. Nəyisə kəşf etmək modernizədən daha ucuzdur. Bəlkə əvvəllər etdiyimiz səhvlərə biz səbəbkarıq, biz texniki reqlamenti bu istiqamətə yönəltmişdik və uğur qazanmağın ən yaxşı yolu məhz modernizə idi, yeniliklərin tətbiqi yox.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*