20 İyun 2019, Cümə axşamı - 11:16

A.Vatanen Moslinin taktikasında razı deyil

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:26 - 22 İyul, 2009

Keçmiş dünya çempionu Ari Vatanen Maks Moslinin qarşıdakı prezident seçkilərində açıq şəkildə Jan Todtun namizədliyini dəstəklədiyini tənqid atəşinə tutub. Bu […]

Keçmiş dünya çempionu Ari Vatanen Maks Moslinin qarşıdakı prezident seçkilərində açıq şəkildə Jan Todtun namizədliyini dəstəklədiyini tənqid atəşinə tutub. Bu həftə Mosli elan edib ki, oktyabr seçkilərinə qoşulmayacaq və milli federasiyaların rəhbərlərinə ünvanlanmış məktubunda Todtu faktiki olaraq öz kimi təqdim edib. Vatanen belə bir hərəkətin etikaya uyğun olmasına şübhə edir…

Ari Vatanen: “Mən FİA-nı kəskin tənqid etsəm də, mənim tənqidim heç vaxt şəxsən Mosliyə qarşı yönəlməmişdi. Amma rəhbərin uzun müddət öz vəzifəsində qalması yaxşı hal deyil və bu baş verəndə ən düzgün yol islahatlar keçirməkdir. Məni belə bir yeni eranın, dəyişikliklər dövrünün nümayəndəsi hesab etmək olar. Jan Todt isə, əksinə, köhnə eranın təmsilçisidir və Maks Mosli onu yeni lider kimi təqdim etməklə səhvə yol verir. Özü də bu zaman federasiyanın inzibati resurslarından istifadə edir. Amma FİA şahlıq, xanlıq deyil, bu respublikadır, burada liderləri demokratik yolla seçirlər.

Ferrari Todtun prezident olmasını istəmir – komanda hesab edir ki, bu halda idmana inam olmayacaq. Onlar mənə belə deyiblər, yəni Ross Braun və ya Flavio Briatore də prezident seçilsələr eyni hal baş verəcək. Bu vəzifəni neytral adam tutmalıdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 228
Teqlər
Paylaş

logo