18 Noyabr 2019, Bazar ertəsi - 20:50

K.Saynsa xəbərdarlıq edilib

K.Saynsa xəbərdarlıq edilib

Müəllif: Rauf Hacıyev, redaktor

06:47 - 16 May, 2016

Karlos Sayns pit sahəsi qaydalarına əməl etmədiyi üçün xəbərdarlıq cəzası alıb…

F-1.az xatırladır ki, İspaniyalı sürücü yarışın əvvəlində startda yer almaq üçün tras açılmamışdan əvvəl pitdən çıxıb və bu hərəkətinə görə yarışdan sonra stüardların yanına çağırılıb.

Stüardlar araşdırmadan sonra qərara alıblar ki, Sayns bu hərəkətinə görə heç bir üstünlük əldə etməyib.

FİA-nın açıqlaması belə olub: “55 nömrəli bolid qırmızı işıq yanarkən pit yolunu tərk etməsinə baxmayaraq, bolidi tez saxlayıb və buna görə heç bir üstünlük əldə etməyib”.

Qeyd edək ki, Sayns vətənindəki yarışı 6-cı yerdə bitirib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 309
Teqlər ,
Paylaş

logo