Ş.Lekler: Xoşbəxt deyiləm

Ferrari komandasının sürücüsü Şarl Lekler sıralanma turunda tutduğu 7-ci yerdən narazıdır.

F-1.az xatırladır ki, monakolu sürücü Portuqaliyadakı sıralanma turunda və yarışda rahatlıqla 4-cü olmuşdu, amma 23 yaşlı pilot Ferrari-nin ev trası sayılan İmolada 7-ci yeri tuta bilib.

Şarl Lekler: “Dördüncü yerlə olan fərqə baxanda xoşbəxt deyiləm, çünki daha yaxşı nəticə gözləyirdim, ancaq vəziyyət belədir. Bu gün istədiyimiz olmadı, amma xallar bazar günü qazanılır. Sabah maşından maksimumu almalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*