M.Andretti: Ferrari axmaq kimi görünür

Sabiq Formula1 sürücüsü Mario Andretti bildirib ki, Ferrari özünü ağıllı göstərmək istəyərkən, axmağa bənzəyib.

F-1.az xatırladır ki, Ferrari 2022-ci il üçün güclü bolid hazırlasa da, əksər yarışlarda taktiki səhvlər edərək, geri düşüblər.

Mario Andretti: “Orada bəzi axmaqlıqlar gördük. Bunda kimin günahkar olduğunu bilmirik, amma sistem dəyişilməlidir. Sürücülər prosesə daxil olmaldıırlar. Təkərin necə işlədiyini onlar bilirlər. Şarlın Braziliyada keçid təkərləri ilə trasa çıxması…. Vay vay vay!

Ferrari-nin mübarizə aparmaq üçün hər şeyi var. Lakin insanlar səhvlər edirlər. Onlar məlumatlara və texnologiyaya çox güvənirlər. Komputerlər və texnologiya yaxşı olsa da, təcrübə də olmalıdır.

Gələn il güclü Ferrari görmək istəyirəm. Güclü Ferrari idman üçün yaxşı olacaq. Mən gələn il üçün Ferrari-ni seçərdim. Bu riskdir, amma gözəl riskdir. Ferrari elə Ferrari-dir. Orada hamı işləmək istəyir. Ferrari sürücü olsanız, karyeranız da fərqlənər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*