İspaniya-2022: Həftəsonuna ilkin hava proqnozu

Proqnozlar İspaniya Qran Prisi günləri üçün günəşli, isti və yağıntısız hava vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava dəyişkən buludlu olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Temperatur +26 dərəcəyə qədər yüksələcək. Şənbə günü külək istiqamətini cənuba doğru dəyişəcək və bir qədər güclənəcək. Termometrlər maksimum +27 dərəcəni göstərəcəklər. Bazar günü isə hava buludlu olsa da, hərarət daha 1 dərəcə yüksələcək. Güclü cənub-qərb küləyi gözlənilir.

Həftəsonu ərzində yağıntı ehtimalı 10%-dən artıq deyil.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*