Komandalar motorların “donunun açılmasını” müzakirə edəcəklər

Motor reqlamenti “dondurulub”, komandalar motor üzərində təkmilləşdirmə işləri apara bilmirlər, amma ayrı-ayrı şirkətlər hətta sərt məhdudiyyətlər şəraitində böyük uğur qazana […]

Motor reqlamenti “dondurulub”, komandalar motor üzərində təkmilləşdirmə işləri apara bilmirlər, amma ayrı-ayrı şirkətlər hətta sərt məhdudiyyətlər şəraitində böyük uğur qazana biliblər. Mövsümün əvvəlində FİA Renault-ya motoru təkmilləşdirməyə icazə vermişdi ki, rəqiblərindən geriqalmanı kompensə etsin və mövsümün sonunda bu məsələ yedinən müzakirə olunacaq. Bu il Mercedes motorları sürətli traslarda üstümlük əldə ediblər, çox güman ki, reqlamentin “donu açılacaq” və rəqiblər motorların xarakteristikalarını bərabərləşdirəcəklər…

Stefano Domenikali: “Biz bu məsələni texniki işçi qrupun iclaslarında müzakirə etmişik, amma qərar qəbul etməzdən əvvəl səbəbləri başa düşmək lazımdır. Bu il biz Mercedes motorlarının əla işini gördük, bizə onların xarakteristikaları, rəqəmləri və güc əyrisi lazımdır ki, komandalar arasında müzakirə edə bilək.”

Kristian Horner: “Hər şeyi ciddi təhlil etmək lazımdır. FİA-da zəruri məlumat var, onlar fərqləri də bilirlər və mən düşünmürəm ki, Monsada startda ilk yeddilikdə altı Mercedes motoru təsadüf olsun. Reqlamentin “dondurulması” şəraitində həmişə risk var ki, şirkətlərdən birinin üstünlüyü azaldılsın.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*