12 Dekabr 2018, Çərşənbə - 18:16

Lotus-a qarşı Lotus: Məhkəmə başlayır

Lotus-a qarşı Lotus: Məhkəmə başlayır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:27 - 25 Yanvar, 2011

Biz artıq xəbər vermişdik ki, bu gün London Ali Məhkəməsində Lotus adının Formula1-də istifadəsi hüququ barədə araşdırmalar başlayacaq. Hərçənd, Team […]

Biz artıq xəbər vermişdik ki, bu gün London Ali Məhkəməsində Lotus adının Formula1-də istifadəsi hüququ barədə araşdırmalar başlayacaq. Hərçənd, Team Lotus komandasının başçısı Toni Fernandesin fikrincə, məhkəmənin qəbul edəcəyi qərardan asılı olmayaraq, komanda çempionata FİA tərəfindən rəsmən qeydiyyata alınmış ad altında başlayacaq.

Xatırladaq ki, məhkəmə Group Lotus və Team Lotus komandasının təsisçisi olan 1Malaysia Racing Team şirkəti arasında gedir. Bu gün məhkəmə Group Lotus tərəfindən Fernandesin komandası ilə lisenziyalı razılığı vaxtından əvvəl pozmasının hüquqi tərəflərini nəzərdən keçirəcək – məhkəmə bu yolla uzun-uzadı araşdırmalardan qaçmaq istəyir.

Toni Fernandes isə Twitter-dəki mikrobloqunda səhər yazıb ki, “bir çoxları məsələnin nədən ibarət olduğunu başa düşə bilmirlər – söhbət isə Team Lotus adından getmir, bunun məhkəməsi noyabrda başlayacaq.

Bugünkü məsələ – Group Lotus-un bizim komanda ilə razılaşmanı vaxtından əvvəl pozmasını izah etmək cəhdidir. Onlar təkid edirlər ki, 1Malaysia-nın Lotus adlanmaq hüququ yoxdur. İstənilən halda, Team Lotus üçün heç nə dəyişməyəcək.”

Məhkəmə yerli vaxtla 14:00-da başlayacaq. Hakim Piter Smit qərar verməlidir ki, genişmiqyaslı araşdırma başlansın və ya məsələ çox asandır və asanlıqla həll oluna bilər.

Hərçənd, Britaniyanın Autosport qəzeti yazır ki, ikinci variant azehtimallıdır. Əgər hakim qərar versə ki, Group Lotus haqlıdır və 1Malaysia Racing komandanın adında Lotus adından istifadə edə bilməz, onda gözləmək olar ki, komanda bu qərara qarşı iddia qaldıracaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 170
Teqlər
Paylaş

logo