20 Mart 2019, Çərşənbə - 22:03

F.Alonso Avstraliyadakı qəzanın ağrısını hiss edir

F.Alonso Avstraliyadakı qəzanın ağrısını hiss edir

Müəllif: Rauf Hacıyev, redaktor

12:09 - 23 İyul, 2016

Fernando Alonso bildirib ki, mövsümün ilk yarışı Avstraliyada keçirdyi qəzanın təsirini hələ də hiss edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Avstraliya yarışında yüksək sürətlə qorxulu qəza keçirmişdi. Bu qəzadan sonra Alonso boliddən özü çıxsa da, qabırğası sındığı üçün sonrakı Bəhreyn yarışına çıxa bilməmişdi.

Fernando Alonso: “Qabırğamda hələ də ağrı hiss edirəm”.

İkinci sərbəst yürüşlərdə qəza edən Həmilton isə xırda qəzalara görə yarışmalarına icazə verilməməsinə etiraz edib. Qeyd edək ki, Həmilton dünənki qəzadan sonra tibbi mərkəzə göndərilmişdi.

Lyuis Həmilton: “MotoGP-də qırıq biləklə və qabırğa ilə yarışırlar. Bizim barmağımız ağrıyanda da yarışa buraxmaq istəmirlər. Heç bir problemim olmadığı üçün şanslıyam. Tibbi komanda əla işlədi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 252
Teqlər , , ,
Paylaş

logo