X.Pablo Montoya: “Alonso və Fettel ən güclü sürücülərdir”

Sabiq Formula1 sürücüsü Xuan Pablo Montoya hazırkı Formula1-də ən yaxşı sürücülərin Alonso və Fettel olduğunu düşünür.

F-1.az xatırladır ki, Alonso 2001-ci ildə başladığı Formula1 karyerasında iki dəfə, Fettel isə 2007-ci ildə başladığı Formula1 karyerasında 4 dəfə Dünya Çempionu titulunu qazanıb. Hazırda Fettel 42 qələbə, 86 podium, Alonso isə 32 qələbə, 97 podium qazanıb.

Xuan Pablo Montoya: “Ralf Şumaxerlə yarışanda ondan çox şey öyrəndim. Doğrudan da çox sürətli idi. Amma avropalı sürücülər zehni cəhətdən çox zəifdirlər. Bu cəhətdən onları qabaqlamaq çox asandır. İşlər qaydasında olanda çox güclüdürlər. Məsələn, Lyuis qalib gəlməyə başlayanda dayandırmaq olmur. Ancaq işlər tərs gedəndə özlərini itirirlər. Əgər bolidlər bir-birlərinə yaxındırsa, fərqli adamlar qalib gəlir.

Mixael güclü olan nadir sürücülərdən idi. Zehni cəhətdən onu məğlub etmək olardı, amma çox güclü idi. Ralfı isə məğlub etmək mümkünsüz idi. Onu ancaq zehni cəhətdən məğlub edə bilərdin. Hamının zəif nöqtəsi var və bunu tapmaq lazımdır.

Fettel hərtərəfli sürücülərdən biridir. Karyeram ərzində bir yerdə yarışdığım Alonso da elədir. Lyuis də yaxşı işlər görür, amma hazırda ən güclü bolidə sahibdir. Lakin ən güclü bolidə sahib olan sürücüyə ən yaxşı demək asandır. Bəs zəif bolidlə nə edə bilər? Fernando və Sebastyan buna dözüblər və onların ən yaxşı olduğunu düşünürəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*