F.Alonso: “Batton üçün darıxacam”

Fernando Alonso Əbu Dabidə "hələlik" son yarışına çıxan Censon Battona görə yarışı bacardığı qədər yüksək pillələrdə tamamlamaq istəyir.

F-1.az xatırladır ki, Batton mövsümün sonunda birillik təqaüdə çıxacaq və onu Stoffel Vandorn əvəz edəcək.

Fernando Alonso: “McLaren Honda üçün önəmli bir mövsümün sonuna gəlirik. Batton ilə son dəfə yarışacam. Onunla işləməkdən məmnun idim və gələn il qarajda onun üçün darıxacam. Amma o yenə də McLaren-in planlarının önəmli bir parçası olacaq. Ona karyerasının sonrakı illərində uğurlar arzu edirəm.

Əbu Dabidə mükəmməl ab-hava olacaq. Mövsümün sonu, qış tətili kimi həyəcanverici nüanslar bir araya gələcək. 2016-cı ildə son dəfə yarışmaq üçün trasa çıxacayıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*