İkinci Xeres testlərinin cədvəli

Gələn həftə Xeresdə mövsümöncəsi testlər davam edəcək. Son testlərin on iştirakçısına Lotus komandası da qoşulacaq – amma çempionatın yerdə qalan […]

Gələn həftə Xeresdə mövsümöncəsi testlər davam edəcək. Son testlərin on iştirakçısına Lotus komandası da qoşulacaq – amma çempionatın yerdə qalan iki komandası (Campos və US F1) nəinki testlərə qoşulacaq, deyəsən, heç Bəhreyn Qran Prisinin startına da çıxmayacaq.

Bu həftə Bridgestone şirkəti komandalara Hard və Medium tərkiblərini təqdim etmişdi, qarşıdakı həftədə isə komandalar Medium və Soft tərkibləri ilə işləyəcəklər. Hərçənd, hava proqnozuna görə komandalar daha çox yağış təkərləri ilə işləməli olacaqlar – testlərin bütün dörd günü yağış gözlənilir.

Komandalar 17 fevral 18 fevral 19 fevral 20 fevral
McLaren L.Həmilton L.Həmilton C.Batton C.Batton
Mercedes GP M.Şumaher N.Rosberq M.Şumaher N.Rosberq
Red Bull S.Fettel S.Fettel M.Uebber M.Uebber
Ferrari F.Massa F.Massa F.Alonso F.Alonso
Williams R.Barrikello R.Barrikello N.Hülkenberq N.Hülkenberq
Renault V.Petrov V.Petrov R.Kubitsa R.Kubitsa
Force İndia P.di Resta/A.Sutil A.Sutil V.Liutsi V.Liutsi
Toro Rosso S.Buemi S.Buemi X.Algersuari X.Algersuari
Lotus F.Fauzi H.Kovalaynen H.Kovalaynen Y.Trulli
Virgin T.Qlok T.Qlok L.di Qrassi L.di Qrassi
Sauber P.de la Rosa P.de la Rosa K.Kobayaşi K.Kobayaşi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*