V.Veber: Şumaxerin ailəsi yalanları dayandırmalıdır

F-1.az bildirir ki, fəsanəvi yeddiqat dünya çempionunun sabiq meneceri Villi Veber onun ailəsinə müraciət edib.

Villi Veber: “Baş verənlər məni çox incidir. Dəfələrlə həyat yoldaşı Korinna ilə əlaqə saxlamağa çalışmışam, amma cavab vermir. O vaxt Jan Todtdan onu xəstəxanada ziyarət edə biləcəyimi soruşdum, mənə gözlə dedilər. Yenidən zəng etdikdə isə cavab vermədilər. Belə münasibət gözləmirdim. Dedilər ki, görmək üçün hələ çox tezdir. Amma indi isə çox gecdir…

Doqquz il keçib. Bəlkə də artıq hər şeyi olduğu kimi deməyin vaxtıdır. Davranışlarını anlayıram, çünki mən də həmişə Mixaelin şəxsi həyatını qorumaq üçün hər şeyi etmişəm. Lakin bu müddətdə biz ancaq yalan eşitdik. Artıq buna son verməlidirlər. O, mənim üçün oğlum kimidir və bu gün belə bu barədə danışmaq mənim üçün ağırdır”.

Xatırladaq ki, Şumaxer 2013-cü ilin dekabr ayında Alp dağlarında xizək sürərkən yıxılaraq ağır kəllə-beyin travması alıb. O müddətdən bəri isə ictimaiyyətə səhhəti barədə demək olar ki, heç bir məlumat verilməyib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*