M.Tayssen: “Büdcə məsələsində tələsmək lazım deyil

BMW Motorsport-un başçısı Mario Tayssenin fikrincə, bir həftə ərzində Formula1 komandalarının büdcənin məhdudlaşdırılması barədə təklifləri bi rhəftəyə hazırlaması mümkün deyil, […]

BMW Motorsport-un başçısı Mario Tayssenin fikrincə, bir həftə ərzində Formula1 komandalarının büdcənin məhdudlaşdırılması barədə təklifləri bi rhəftəyə hazırlaması mümkün deyil, bu təklifləri FİA komandalardan Ümumdünya Şurasının iclasına təqdim etməyi xahiş edib. Xatırladaq ki, federasiyanı büdcənin 30 milyon funtluq səviyyədə məhdudlaşdırlmasına komandaların fikir və təklifləri maraqlandırır. Düzdür, təkliflərin təqdim edilməsinin son günü dünən başa çatsa da, Tayssen hesab edir ki, belə bir məsələyə cavabın hazırlanması daha çox vaxt tələb edir və bunu komandalar assosiasiyasının (FOTA) iclasına kimi (İspaniya Qran Prisi ərəfəsində) etmək düzgün deyil…

Mario Tayssen: “Ümumiyyətlə, büdcənin məhdudlaşdırılmasına qayıtmaq pis fikir deyil, bunu biz bir il əvvəl müzakirə etmişdik. Biz o zaman bu təklifi dəstəkləmişdik və bu gün də mövqeyimizi dəyişməmişik. İndə başlıcası limit səviyyəsini düzgün müəyyən etməkdir, amma deməliyəm ki, heç də bütün komandalar belə bir addımla razı deyillər. Ona görə də hər şeyi daha ciddi düşünmək lazımdır, biz vahid fikrə gəlməyə çalışırıq, amma bunu 24 saat ərzində etmək mümkün deyil.

Biz bütün bunlar FOTA-nın növbəti iclasında müzakirəe tməyə hazırlaşırıq və çox güman ki, Ümumdünya Şurasının iclasına kimi təklif verməyə hazır olmayacayıq.” автоспорта».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*