S.Vandorn: “Hava əsas amildir”

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, Yaponiya yarışının ən vacib faktoru hava olacaq

F-1.az xatırladır ki, belçikalı sürücü 1-ci sərbəst yürüşlərdə 10-cu yeri tutub.

Stoffel Vandorn: “İlk sessiya yaxşı idi. Problemsiz idi. Çoxlu dövrə vura bildim. İkinci sessiya isə yağışlı idi. Sazlanma üçün bir neçə dövrə vura bildim. Sabah hava əsas faktor olacaq. Yarış quru havada olmalıdır. Buna görə də sıralanma turu vacibdir. Proqnoz vermək çətindir. Bolid qüsursuz idi. Suzuka trasında döngələr çoxdur. İlk sektor nəticəmiz təsiredicidir. Ümid edirəm ki, ən yaxşı nəticəni alarıq”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*