R.Smedli: Lekler komandanı yüksəldə bilər

Sabiq Formula1 yarış mühəndisi Rob Smedli düşünür ki, Şarl Lekler Ferrari komandasını köhnə günlərinə qaytara bilər.

F-1.az xatırladır ki, Lekler hazırda turnir cədvəlində olsa da, bu onun günahı deyil. Belə ki, gənc sürücü iki dəfə lider gedərkən motor probleminə görə mübarizəni dayandırıb və bir neçə dəfə strateglərin səriştəsizliyinə görə gerilərə düşüb.

Rob Smedli: “Lekler, Maks və Lyuis komandanın səviyyəsini yüksəldə bilərlər. Mixael Şumaxer o vaxtlar Jan Todt, Ross Braun və Rori Börn ilə Ferrari-yə çox şey qatmışdı. Bu sürücülər səhvlərə reaksiya verərək inkişada kömək edirlər.

Lyuis Həmilton inanılmaz uğurlar qazanıb. Trasda və trasdan kənarda əla işlər görür. Lekler və Maks isə həyəcan qatırlar. Şarl azarkeşlərin qəlbini qazanıb, çünki normal keçmişi var. Monte Karloda varlı ailənin uşağı deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*