P.Ferrari: Lekler ən az Ferstappen qədər sürətlidir

Entso Ferrari-nin oğlu Pyero Ferrari düşünür ki. Şarl Lekler ən az Maks Ferstappenlə eyni potensialdı olsa da, inkişaf etməlidir.

F-1.az xatırladır ki, Maks Ferstappen karyerasına 2015-ci ildə başlayıb və indiyə kimi 38 yarış və iki Dünya Çempionluğu qazanıb. Şarl Lekler isə karyerasına 2018-ci ildə başlasa da, sadəcə 5 yarış qələbəsi var. Lakin əksər mütəxəssislər bu iki sürücünün bərabər gücdə olduğunu düşünürlər.

Pyero Ferrari: “Ferstappen çox sürətlidir. Sürücülük vəsiqəsi olmayanda Formula1-də yarışırdı. Barselonada ilk qələbəsini qazananda mən də orada idim. Ondan sonrə səhvlər etdi və qəzalar törətdi. Ancaq indi karyerasının zirvəsində olan əla sürücüdür. Hələ gənc olsa da, çox ciddi təcrübəsi var.

Şarla gəldikdə isə Ferstappen qədər sürətlidir, ancaq təcrübə cəhətdən geridədir. Hələ inkişaf edə bilər və inkişaf edəcək.

Karlos Saynsa gəldikdə isə hələ onun real potensialını tam görə bilməmişik. Bunu gözləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*